SOSİOLOGİYA


Şöbə müdiri - əməkdar elm xadimi, fəlsəfə üzrə fəlsəfə elmləri doktoru Əzimova Rəfiqə Cəlil qızı

2001-ci ildə "Sosiologiya və sosial psixologiya" şöbəsi yaradılıb. Şöbənin fəaliyyət istiqaməti "Sosioloji və sosial psixoloji problemlərin tətbiqi və tədqiqi məsələləri" olmuşdur. 2003-cü ildən şöbə məcmuə və toplular nəşr etməyə başlamışdır. 2003-2004-cü illərdə "Cəmiyyət keçid dövründə" adlı məcmuələr nəşr edilmişdir. 2006-cı ildə keçid mərhələsi ilə bağlı orta sinfin formalaşması və inkişafı məsələləri tədqiq olunmuş və azərbaycan, rus dillərində çapdan çıxmışdır. Bu illər ərzində şöbə əməkdaşları tərəfindən müasir cəmiyyətdə təhsilin sosiologiyası məsələləri ilə bağlı ciddi tədqiqatlar aparılmış və ümumiləşmiş şəkildə məcmuə nəşr olunmuşdur. İnsanşünaslıq problemlərinə dair şöbə əməkdaşları bir sıra məqalələr, beynəlxalq konfranslarda çıxışlar və bu istiqamətin nəticəsi kimi 2011-ci ildə "İnsanşünaslıq XXI əsrin elmidir" monoqrafiyası çap edilmişdir. 2014-cü ildə isə şöbə əməkdaşları müasir cəmiyyətin problemlərindən çıxış edərək “Həyat sosiologiyası”, “Təhsilin sosiologiyası”. Orada sosioloji və sosial psixoloji problemlər işlənilmiş və məcmuə şəklində nəşr olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 yanvar 2017-ci il tarixli 1/16 nömrəli Qərarına əsasən AMEA-nın Fəlsəfə İnstitutunun yeni strukturuna əsasən "Sosial psixologiya" şöbəsi yaradılmışdır və 2018-ci ildən "Sosiologiya" şöbəsi "Sosial psixologiya" şöbəsindən ayrılaraq müstəqil şöbə kimi fəaliyyətini davam etdirməkdədir.

Sosiologiya şöbəsi elmi fəaliyyətini əsasən üç istiqamət üzrə qurmuşdur:
1. 2006 – 2010-ci illər üçün şöbənin ümumi istiqaməti “Sosial dəyişikliklər və sosial təkanlar” ətrafında şöbə işçilərinin mövzuları işlənilmişdir.
2. 2011 – 2017 illər üçün şöbənin ümumi istiqaməti “Müasir cəmiyyətin sosioloji və sosial – psixoloji inkişaf potensialının indikatorları” ətrafında şöbə işçilərinin mövzuları işlənilmişdir.
3. 2018 – 2024 illər üçün “Sosiologiya” şöbəsi müstəqil fəaliyyətə başlamış və “Müasir Azərbaycanda innovasiyalı inkişafın indikatorları” şöbənin ümumi istiqaməti kimi qəbul edilmişdir.

Şöbədə 14 əməkdaş fəaliyyət göstərir.