25.04.2024, 07:10 - Baxış sayı: 270

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti


Faiq Ələkbərli (Qəzənfəroğlu)
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru


I yazı

Bu məqalə Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cümhurbaşqanı, milli ideoloq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinə ithaf olunur.


Azərbaycan Türk mütəfəkkiri Mə­həm­məd Əmin Axund Ha­cı Mol­la Ələk­bər oğ­lu Rə­­­sul­­za­də (1884-1955) Ba­kı­nın Nov­xa­nı kən­­din­də ru­ha­ni ailə­sin­də do­ğu­lub və S.M.Qə­ni­za­də­nin mü­di­ri ol­du­ğu “II Ta­tar-Rus” mək­tə­bin­də və Ba­kı tex­ni­ki mək­tə­bin­də təh­sil alıb. 1902-1903-cü il­lər­də Ba­kı­da “Türk gənc in­qi­lab­çı­lar dər­nə­yi” ya­ra­dan Rə­sul­za­də, 1904-cü ilin axır­la­rın­da tə­sis olu­nan “Mü­səl­man so­si­al-de­mok­rat “Hüm­mət” təş­ki­la­tı”nın da ba­ni­lə­rin­dən bi­ri olub. “Ni­cat-Maa­rif” cə­miy­yə­ti­nə də bir müd­dət rəh­bər­lik edən Rə­sul­za­də 1909-cu ilin əv­vəl­lə­rin­də Təb­ri­zə, da­ha son­ra Teh­ra­na get­miş­dir. Teh­ran­da bir qrup zi­ya­lı ilə bir­lik­də 1910-cu ilin sent­yab­rın­da İran De­mo­k­rat Par­ti­ya­sı­nın əsa­sı­nı qo­yan Rə­sul­za­də onun əsas mət­bu­at or­qa­nı olan “İra­ni-nou” qə­ze­ti­nin baş re­dak­to­ru olub. 1911-ci il­də çar Ru­si­ya­sı­nın Teh­ran hö­ku­­­mə­ti­nə bas­qı­sı nə­ti­cə­sin­də İs­tan­bu­la get­mə­yə məc­bur olan Rə­sul­za­də “Türk oca­ğı” təşkilatı və “Türk yur­du” jur­na­lın­da ça­lı­şıb.
1913-cü il­də Ro­ma­nov­lar sü­la­lə­si­nin 300 il­li­yi mü­na­si­bə­ti ilə elan edi­lən am­nis­ti­ya­dan son­ra Ba­kı­ya dö­nən Rə­sul­za­də “Mü­sa­vat”ı ak­tiv­ləş­dir­mək si­ya­sə­ti ilə ya­na­şı, 1915-ci il okt­yab­rın­da əsas şüa­rı “türk­çü­lük, is­lam­çı­lıq və müa­sir­lik” olan “Açıq söz” qə­ze­ti­ni tə­sis edib. 1917-ci il ma­yın 1-dən 11-dək Mosk­va­da ke­çi­ri­lən Ümum­Ru­si­ya Mü­səl­man­la­rı­nın I qu­rul­ta­yın­da Rə­sul­za­də Ba­kı­da irə­li sür­dü­yü mil­li-əra­zi fe­de­ra­si­ya prin­sip­lə­ri əsa­sın­da ya­ra­dıl­mış qoş­ma res­pub­li­ka ide­ya­sı­nı burada da qal­dı­rıb. Onun irə­li sür­dü­yü mil­li-mə­həl­li mux­ta­riy­yət ide­ya­sı 271 sə­sə qar­şı 446 səs­lə qə­bul edi­lib. O, 1917-ci ilin okt­yab­rın­da Ba­kı­da ke­çi­ri­lən “Mü­sa­vat”ın I qu­rul­ta­yın­da hə­min par­ti­ya­ya səd­ri, az son­ra da Qaf­­qaz və Tür­küs­tan­dan Ru­si­ya Mü­əs­si­sə­lər Məc­li­si­nə mil­lət və­ki­li se­çi­lib.
1918-ci il ma­yın 26-da Za­qaf­qa­zi­ya Sey­mi da­ğıl­dıq­dan son­ra ma­yın 27-də Rə­sul­za­də­nin rəh­bər­lik etid­yi Mü­səl­man-Türk frak­si­ya­­sı­­nın əsa­sın­da Mil­li Şu­ra ya­ra­nıb. Rə­sul­za­də­­nin Mil­li Şu­ra­ya sədr se­çil­mə­si­nə 4 par­ti­ya­dan yal­nız “İt­ti­had” əley­hi­nə səs ve­rib. “Mü­sa­vat”,Mü­səl­man So­sia­list Blo­ku və Mü­səl­­man So­si­al-De­mok­rat-Men­şe­vik­­lər və “Hüm­mət” le­hi­nə səs ve­rib­­lər. “Giz­li səs­­ver­mə yo­lu ilə 22 səs çox­lu­ğu qa­za­nan Mə­həm­­məd Əmin Rə­sul­­za­də Azər­bay­can Mil­li Şu­ra­sı­nın baş­çı­sı se­çi­lir”.[1] Mil­li Şu­ra öz döv­rü üçün öl­kə­nin ən yük­sək ida­rə­et­mə or­qa­nı ro­lu­nu oy­na­yıb və fak­ti­ki ola­raq Rə­sul­za­də Cüm­hu­riy­yə­tin qu­ru­cu­su və ilk döv­lət baş­çı­sı idi.
27 ap­rel fa­ciə­sin­dən son­ra 1920-ci ilin av­qus­tun 17-də La­hıc­­da tutulub Ba­kı­ya gə­tir­lən Rə­sul­za­də­nin həbsi xə­bə­ri az sonra Sta­li­nə çat­dı­rı­lıb. M.Əli­yev ya­zır: “Sta­lin heç kə­sə xə­bər ver­mə­dən Ba­kı­ya gə­lə­rək, XI or­du­nun xü­su­si şö­bə­si­nin rəi­si V.Pank­ra­to­va RSFSR-in Mil­lət­lər Ko­mis­sar­lı­ğı adın­dan gös­tə­riş ver­di və özü şəx­sən həbs­xa­na­ya ge­dib M.Ə.Rə­sul­za­də­ni azad et­di. Bu­nun­la, İ.V.Sta­lin 1905-ci il­də onu ölüm­dən qur­ta­ran keç­miş in­qi­lab­çı dos­tu Rə­sul­za­də­nin qar­şı­sın­da öz ta­ri­xi vic­dan bor­cu­nu ye­ri­nə ye­tir­di. O, Rə­sul­za­də­ni özü ilə bir­lik­də Mosk­va­ya apar­dı və RSFSR Mil­lət­lər Ko­mis­sar­lı­ğın­da mət­bu­at mü­vək­ki­li və­zi­fə­si­nə tə­yin et­di. M.Ə.Rə­sul­za­də RSFSR Mil­lət­lər Ko­mis­sar­lı­ğı­na ta­be olan Mosk­va Şərq­şü­nas­lıq (keç­miş La­za­rev) ins­ti­tu­tun­da fars di­lin­də dəsr de­miş­dir... Onun ora­dan Mosk­va­dan rəh­mət­lik ta­tar maa­rif­çi­lə­rin­dən Mu­sa Cə­rul­lah Bi­gi­ye­vin mü­yəs­sər yar­dı­mı ilə qa­yıq­laFin kör­fə­zi üzə­rin­dən ke­çə­rək Fin­lan­di­ya­ya qa­çı­rıl­ma­sı tə­min edil­miş­dir”.[2]
1922-ci ilin son­la­rın­da Rə­sul­za­də İs­tan­bu­la gə­lən­də, bu­ra­da Azər­bay­can­dan gə­lən mü­ha­cir­lər ara­sın­da bir da­ğı­nıq­lıq var­dı, hət­ta mü­ha­cir­lər ara­sın­da­kı fi­kir ay­rı­lı­ğı nə­ti­cə­sin­də kon­sul­luq bağ­lan­mış­dı. O, 1923-cü il­də Azər­bay­can Mil­li Mər­kə­zi təş­kil edib, mü­sa­vat­çı olan, ol­ma­yan mü­ha­cir­lə­ri bir təş­ki­lat ət­ra­fın­da bir­ləş­dir­di, tez­lik­lə bü­tün So­vet­lər Bir­li­yi­ni hə­yə­ca­na gə­ti­rən “Ye­ni Qaf­qa­si­ya” jur­nal­­ı­nı nəşr et­dir­di. Da­ha so­nra onun re­dak­tor­lu­ğu ilə “Azə­ri Türk” (1928-1931), son­ra­kı il­lər­də isə “Od­lu yurd” (1929-1930) jur­nal­la­rı və həf­tə­lik “Bil­di­riş” (1929-1931) qə­ze­ti nəşr edil­miş­di. 1931-ci il­də Tür­ki­yə­ni tərk edə­rək Al­ma­ni­ya­ya ge­dən Rə­sul­za­də Ber­lin­də “İs­tiq­lal” (1932-1934) qə­ze­ti­ni, “Qur­tu­luş” (1934-1938) jur­na­lı­nı nəşr et­dir­miş­dir. 1938-1939-cu il­lər­də Pol­şa hö­ku­mə­tin­də məs­lə­hət­çi iş­lə­yən Rə­sul­za­də SSRİ-nin bu öl­kə­ni iş­ğal et­mə­si­lə əv­vəl­cə Fran­sa­ya, da­ha son­ra da İs­veç­rə­yə üz tu­tub. İs­veç­rə­dən son­ra qı­sa müd­dət Lon­­don­­da ya­şa­yan Rə­sul­za­də 1940-cı il­də Bu­xa­res­tə-Ru­mı­ni­ya­ya get­mə­yə məc­bur olub.
O, 1942-ci il­in yayında Hit­le­rin “Şərq na­zir­li­yi” tə­rə­fin­dən Al­ma­ni­ya­ya də­vət olun­muş, an­caq müs­tə­qil və mil­li Azər­bay­can mə­sə­lə­sin­də hit­ler­çi­lər­lə an­la­şa bil­mə­yə­rək 1943-cü il av­qus­tun son­la­rın­da Ber­li­ni tərk edib Ru­mı­ni­ya­ya üz tut­muş­dur. So­vet qo­şun­la­rı­nın Ru­mı­ni­ya­ya ya­xın­laş­­ma­sı ilə əla­qə­dar ola­raq Rə­sul­za­də Bu­xa­rest­də­ki Tür­ki­yə sə­fir­li­yi­nin qo­naq evin­dən çıx­­ma­­ğa məc­bur olub. Da­ha son­ra Bu­xa­rest­dən Vya­na­ya ge­dən Rə­sul­za­də bir müd­dət bu­ra­da qal­dıq­dan son­ra Qər­bi Al­ma­ni­ya­ya-Mün­he­nə köç et­miş­dir. Rə­sul­za­də Mün­hen­də­ki azər­bay­can­lı­la­rın prob­lem­lə­ri­ni həll et­mək məq­sə­di ilə Azər­bay­can De­mok­rat Bir­li­yi ad­lı təş­ki­lat qu­rub.
II Dün­ya mü­ha­ri­bə­sin­dən son­ra Tür­ki­yə­yə dö­nə bi­lən Rə­sul­­za­də 1949-cu il fev­ra­lın­da An­ka­ra­da ya­ra­nan “Azər­bay­can Kül­tür Dər­nə­yi”nin səd­ri se­çil­miş­di. O, 1952-ci il­də Mün­hen­də Ümum­­qaf­qaz Konf­ran­sı­­nın ke­çi­ril­mə­si­nə na­il ol­muş, bu­ra­da “Qaf­qaz Mər­kə­zi”nin ya­ra­dıl­ma­sı­nı və SSRİ im­pe­ri­ya­sı­na qar­şı mü­ba­ri­zə­nin Bir­ləş­miş Qaf­qaz Kon­fe­de­ra­si­ya­sı for­ma­sın­da da­vam et­di­ril­mə­si­ni tək­lif et­miş­dir. Bun­dan bir az son­ra da, o, 1953-cü il­də Azər­bay­can Mil­li Mər­kə­zi­ni bər­pa et­miş­di. 1955-ci ilin mar­tın 6-da bö­yük ideo­loq M.Ə.Rə­sul­za­də An­ka­ra Uni­ver­si­te­ti­nin Tibb fa­kül­tə­si­nin klin­ka­sın­da və­fat et­miş­dir.
Onun əsas əsər­lə­ri aşağıdakılardır: “İran türk­lə­ri” (1913), “Mil­li di­ri­lik” (1914), “Azər­bay­can Cüm­hu­riy­yə­ti: key­fiy­yə­ti-tə­şək­kü­lü və şim­di­ki və­ziy­yə­ti” (1923), “Əs­ri­mi­zin Sə­ya­vu­şu”, (1924), “İs­tiq­lal məf­ku­rə­si və gənc­lik” (1925), “İn­qi­la­bi so­sia­liz­min if­la­sı və de­mo­k­ra­ti­ya­nın gə­lə­cə­yi” (1928), “Mil­lət və bol­şe­vizm” (1927), “Qaf­qa­si­ya türk­lə­ri” (1927), “Azər­bay­can is­tiq­la­liy­yə­ti” (1930, Pa­ris), “Qaf­qaz prob­le­mi ilə əla­qə­dar ola­raq pan­tu­ra­nizm haq­qın­da” (Pa­ris, 1931), “Azər­bay­can Res­pub­li­ka­sı haq­qın­da bə­zi qeyd­lər” (Ber­lin, 1933), “Çağ­daş Azər­bay­can ədə­biy­ya­tı” (1936, Ber­lin), “Azər­bay­can pob­le­mi” (1938, Ber­lin), “Azər­bay­ca­nın hür­riy­yət sa­va­şı” (1939, Var­şa­va), “Azər­bay­can şai­ri Ni­za­mi” (1951), “Sta­lin­lə ix­ti­lal xa­tirə­lə­ri” və b.
Onun ic­ti­mai-si­ya­si gö­rüş­lə­rin­də türk­çü­lük, ya da Azər­bay­can türk­çü­lü­yü ide­ya­sı mü­hüm yer tut­muş­dur. “Açıq söz” qə­ze­ti­nin ilk sa­yın­da­kı “Tu­ta­ca­ğı­mız yol” ad­lı mə­qa­lə­sin­də, Rə­sul­za­də Azər­bay­­can Türk mil­liy­yət­çi­li­yi­nin baş­lı­ca prin­sip­lə­ri­ni gös­tər­miş­dir. Ona görə mil­li ide­ya­nın əsas idea­lı mil­liy­yət­dir ki, XX əsr­də mil­liy­yət əs­ri ol­du­ğu­na gö­rə, Azər­bay­can türk­lə­ri də mil­liy­yət mər­hə­lə­si­ni ke­çib mil­lət ola­raq mey­da­na çıx­ma­lı­dır. I Dün­ya mü­ha­ri­bə­si nə­ti­cə­sin­də dün­ya­nın xə­ri­­tə­­si­nin də­yiş­mə­si­nin la­büd­lü­yü­nə ina­nan Rə­sul­za­də­yə gö­rə dün­ya xə­ri­­tə­si­nin ala­ca­ğı ye­ni şək­lə və­tən­daş­la­rın fə­da­kar­lı­ğı, döv­lət­lə­rin təş­­ki­la­tı və or­du­la­rın əzə­mə­ti ilə bə­ra­bər, aş­kar və qə­tiy­yət­lə pey­da ol­muş mil­liy­yət məf­ku­rə­lə­ri­nin də bö­yük tə­si­ri var və ola­caq­dır: “Özü­nü lü­zu­mun­ca bi­lib də is­tiq­bal üçün mü­əy­yən bir ide­al bəs­lə­yən mil­lət şüb­hə­siz ki, bö­yük bir qüv­vət təş­kil edər. Şüb­hə­siz ki, sö­zün tam mə­na­sı ilə de­yi­lə­cək qə­dər dağ da­ğı­dan top­la­rın ha­kim ol­du­ğu hərb mey­dan­la­rın­da tə­sir­siz qal­ma­yan bu qüv­vət ya­şıl ma­hud­lu ba­rı­şıq ma­sa­sı üzə­rin­də əsas­lı­ca bir təsir ya­pa­caq. Hər han­sı qa­lib tə­rəf az-çox so­runc­lu bir dinc­lik vü­cu­da gə­tir­mək is­tər­sə, əs­rin vic­dan­la­rı üzə­rin­də ən çox tə­sir ic­ra edən qüv­vət­li mil­liy­yət məf­ku­rə­si­ni eh­mal edə­məz! Bu­nun böy­lə ola­ca­ğı ara­bir gə­lə­cə­yin sül­hü haq­qın­da söz söy­lə­yən Av­ro­pa mü­tə­fək­kir­lə­rin­cə də təs­diq olun­maq­da­dır. Sülh­su­nə mən­sub si­ya­si­lər­cə, mil­liy­yət əsa­sı­na riayət et­mə­yə­cək, mil­lət­lə­rin hü­qu­qu­nu gö­zət­mə­yə­cək bir sülh əqd­na­mə­si çox çək­məz yır­tı­lar və so­run­lu bir dinc­lik tə­min edə­məz”.[3]
Mil­li ide­ya­nın əsas hə­də­fi olan mil­liy­yət­çi­lik Rə­sul­­za­dəyə görə on­lar­ca öz­gə mil­lət­lə­ri ha­kim mil­lət mə­na­fe­yi­nə fə­da edən mil­lət­çi­lik de­yil­dir. Hər bir mil­liy­yət azad ya­şa­yıb da tə­rəq­qi edə bil­mək üçün üç əsa­sa: 1) dil; 2) din; 3) za­man-müa­sir­li­yə is­ti­nad et­mək məc­bu­riy­­yət­­in­də­dir. Mil­liy­yə­tin bi­rin­ci əsa­sı dil­dir ki, di­li türk olan bu xal­qın et­nik mən­su­biy­yə­ti də türk­dür. O, ya­zır­dı: “Dil­cə – biz tür­küz, türk­lük mil­liy­­yə­ti­miz­dir. Ona gö­rə də müs­tə­qil Türk ədə­biy­ya­tı, Türk sə­nə­ti, Türk ta­ri­xi və Türk mə­də­niy­yə­ti­nə ma­li­kiy­yə­ti­miz - məq­sə­di­miz­dir. Par­laq bir Türk mə­də­niy­yə­ti isə ən mü­qəd­dəs qa­ye­yi-ama­lı­mız, işıq­lı yıl­dı­zı­mız­dır”.[4]
M.Ə.Rə­sul­za­də mil­li ədə­bi di­lin for­ma­laş­ma­sı prob­le­mi ilə bağ­lı ya­zır­dı ki, Os­man­lı və Azər­bay­can türk­cə­si bir olub “or­ta­da­kı ay­rı­lı­ğı ya­ra­dan şey isə Azər­bay­can da­nı­şı­ğı­nın da­ha çox Qa­ra­qo­yun­lu­lar, Ağ­qo­yun­lu­lar, Sə­fə­vi­lər ki­mi Türk döv­lət­lə­ri­nin yö­nə­ti­mi al­tın­da Os­man­lı­lar­dan ay­rı, məz­həb ba­xı­mın­dan on­la­ra kəs­kin qar­şı olan baş­qa bir si­ya­si yö­nə­ti­min özə­yi­ni oluş­dur­ma­­sı­dır”.[5] Dil mə­sə­lə­­sin­də “os­man­çı­lar­la” (Ə.Hü­seyn­za­də, M.Ha­di və b.) “azər­bay­­can­çı­lar” (C.Məm­məd­­qu­lu­za­də, Ö.Fa­iq, A.Şa­iq və b.) ara­sın­da or­ta möv­qe­dən çı­xış edən Rə­sul­za­də bir tə­rəf­dən Türk ədə­bi di­li­nin xal­qın di­li ilə bağ­lı ol­ma­sı­nın va­cib­li­yi­ni qeyd et­miş, di­gər tə­rəf­dən isə or­taq türk­cə­nin ya­ran­ma­sı tək­li­fi ilə çı­xış et­miş­di. O, bi­rin­ci mə­sə­lə ilə bağ­lı ya­zır: “Di­li­miz türk­cə­dir. Əl­bət­tə, türk­cə də qal­ma­lı­dır. Ədə­bi dil, xal­qın an­la­ya­ca­ğı dil­dir. Ya­zı di­li xal­qın da­nış­dı­ğı dil­dən çox uzaq ol­ma­ma­lı­dır. Ya­zı di­li­nin an­la­şıl­maz bir hal­da ol­du­ğu­nu ədə­bi he­sab ey­lə­yən dövr çox­dan keç­miş­dir. İn­di bir əsr­də­yik ki, hər bir şey ümu­mi­ləş­di­yi ki­mi, ədə­biy­yat da ümu­mi­lə­şir. Böy­lə bir əsr­də məh­dud şəxs­lə­rə məx­sus bir dil ilə ya­zı yaz­maq, əl­bət­tə, ədə­bi he­sab olun­maz”.[6]

[1] Yaqublu Nəsiman. Məmməd Əmin Rəsulzadə. Bakı: Gənclik, 1991, s.79
[2]Əliyev Mövsüm. M.Ə.Rəsulzadənin ömür yolu //Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, s.12-13
[3] Rəsulzadə M.Ə. Əsərləri. III cild (1915-1916). Bakı, “Təhsil”, 2014, s.180-181
[4] Yenə orada, s.181
[5] Rəsulzadə M.Ə. Qafqaz türkləri. Bakı, Təknur, 2012, s.41
[6] Rəsulzadə M.Ə. Əsərləri. II cild (1909-1914). Bakı, “Təhsil”, 2014, s.283