DİREKTORUN ELMİ İŞLƏR ÜZRƏ MÜAVİNİ


Mədətli Eynulla Yadulla oğlu -1954-cü ildə anadan olmuşdur. 1975-ci ildə Naxçıvan Dövlət Universitetini , 1981-ci ildə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirmişdir. 1984-cü ildə fəlsəfə elmləri namizədi elmi dərəcəsi, 1994-cı ildə dosent elmi adı almışdır. 1975-1996-cı illərdə tədris, elm müəssisələrində, partiya işində işləmiş, 1991-1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdur. 5 fevral 1996-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulu vəzifəsinə təyin edilmiş, 1996-2001-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin müşaviri olmuşdur. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müşavir vəzifəsində çalışmışdır.
18 aprel 2002-ci il tarixində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmiş, 2004-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının eyni zamanda iqamətgahı İslamabadda olmaqla, Əfqanıstan İslam Respublikasında səfiri vəzifəsinə təyin edilmişdir. 2010-cu ilin iyulun 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə Pakistandan geri çağırılaraq Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin edilmişdir. 2015-ci ilin iyununda xidmət müddəti bitdiyinə görə səfir vəzifəsindən geri çağırılmışdır. 2016-cı ilin yanvarından AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2017-ci ilin mart ayından AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavinidir, 2021-ci ilin noyabrından Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktorudur.
E.Mədətli “XX əsr Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır.
7 monoqrafiyanın, ölkədə və xaricdə nəşr edilmiş 100-dən çox elmi məqalənin müəllifidir.