ELMİ KATİB

S.A.Həsənova Fəlsəfə və Hüquq İnstitutunun «Etika» şöbəsinin dissertantı olmuş və 1997-ci ilin aprel ayında «Nikkolo Makiavellinin siyasi etikasının tarixi-fəlsəfi təhlili» adlı dissertasiya işini müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Əsas tədqiqat sahəsi siyasi etika və etikanın nəzəri problemləridir. S.A.Həsənova 1 monoqrafiya və 30-dan çox elmi məqalənin müəllifidir.
2009-cu ildən Sevinc Həsənova elmi fəaliyyəti ilə yanaşı, həm də İnstitutun nəzdində fəaliyyət göstərən D.01.115 Dissertasiya Şurasının elmi katibi vəzifəsini yerinə yetirir.