01.04.2024, 07:52 - Baxış sayı: 218

İdeyamız və birliyimiz uğrunda...


Şölət Zeynalov,
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı

31 mart Soyqırımı Azərbaycan tarixində ən qara səhifələrdən biridir. Ulu öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixində 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. Böyük şəxsiyyətlər və siyasətçilər xalqın tarixi və taleyidir. Hər xalqa bu xoşbəxtlik nəsib olmur. Böyük şəxsiyyətləri yalnız böyük xalqlar doğa, yetişdirə bilər. Şah İsmayıl Xətai, Atatürk, Heydər Əliyev, Rəcəb Tayyib Ərdoğan, Ali Baş Komandan İlham Əliyev Tarixin və Taleyin Türk xalqlarına möhtəşəm hədiyyəsidir. Biz onların misilsiz irsini qorumalı, davam etdirməliyik!
Soyqırım barədə kiçik bir araşdırma aparmışdım. Həmin vaxt bir daha dərindən anladım ki, ermənilərin özlərinin də dediyi kimi “azərbaycanlılarla ermənilər həqiqətən də bir yerdə yaşaya bilməzlər”, uzaq başı qonşu ola bilərlər ki, bu da müvəqqəti (tarix üçün), müəyyən bir zaman kəsimində. Səbəb ondadır ki, ermənilər qeyri-sivil kütlədir, bu kütlədən sənətkar, bazar adamı, hansısa bir məmur, terrorçu, haray-həşir salan çıxa bilər, amma comərd, igid, cəngavər, yaxud müharibə qanunlarına əməl edən qövm çıxa bilməz. Bir hamilə qadının bətnini xəncərlə yarıb oradan kim uşağı çıxarıb öldürə bilər? Məscidlərdə, boruların içində, təndirlərdə köməksiz körpələri, qadınları, uşaqları kim kütləvi yandıra bilər? İnsan adlı məxluq axı bütün bunları necə edə bilər?
Bunun səbəbini mən ingilis ədibi Artur Kastlerin antropoloji xüsusiyyətlər və psixologiya barədə maraqlı bir əsərini oxuyanda əminliklə özüm üçün bir daha yəqin etdim. Elə xalqlar var ki, onlar şüur, təsisat, humanizm, müasirlik və s. baxımdan tarixin indiki mərhələsi üçün adekvat deyillər, bu baxımdan onlara dövlət hədiyyə etmək olmaz. İkinci bir məsələ ondadır ki, ermənilər Qafqaz elementi deyillər, onların qurduğu bu dövlət (əslində onlara hədiyyə edilən) gec-tez süquta uğrayacaq, bu məsələ isə bilavasitə irqin psixoloji xüsusiyyətiylə, onun mifoloji keçmişə, xəstə ideologiyaya bağlı olması ilə əlaqədardır. Bu gedişatla süqut mütləqdir, zaman məsələsidir - Paşinyan bunu anlayır və ona görə də xilas üçün Türkiyə- Azərbaycan əlaqələrinin bərpasını – sülhü istəyir.
İstər Xocalı, istər 31 Mart Soyqırımları ona görə baş vermişdir ki, birincisi, həmin dövrlərdə biz zəif olmuşuq. Birincidə dövlətimiz olmayıb (qəsb edilib), ikincidə dövlət zəif olub, hərcmərclik ölkəni iflic edib. Və əlbəttə, lider çatışmazlığı.
Güclü dövləti, siyasi xadimi, ordusu, iqtisadiyyatı, təhsili, elmi, dəyərləri və nəhayət fəlsəfəsi olan xalqa qarşı heç kəs nəinki soyqırımı həyata keçirə, heç hər hansı təxribat və ya müharibə də edə bilməz.
İndi biz tariximizin ən şərəfli və güclü dövrünü yaşayırıq. Xankəndində Ali Baş Komandanın Novruz tonqalını alovlandırması bu YENİ ERANIN, Yeni Azərbaycanın Doğuluş Tonqalıdır.
Biz inanmalı və əmin olmalıyıq ki, Azərbaycanın, Azərbaycançılıq ideyasının, milli maraqların daha böyük təntənəsi – rifah, modern cəmiyyət, dünya nizamında söz sahibi olmaq hələ irəlidədir. Buna bizim sonsuz bir xalq kimi güclü potensialımız, dövlətçilik əzm və iradəmiz var. Strategiya mahir siyasətçi tərəfindən təsbit edilmiş və edilməkdədir, dayanıqlı, davamlı inkişaf irəlidədir.
Buna nail olmaq üçün isə ordumuz daha güclü və sərvaxt, siyasətimiz sərrast və aydın, birliyimiz möhkəm, dilimiz kommunikativ, mədəniyyətimiz milli və bəşəri, birliyimiz əbədi olmalıdır. Kiminsə moizələri, kimlərinsə təxribatları bizi çaşdıra bilməz. Qarın, mədə üstündə, evimiz və qalamız uğurunda deyil, ideyamız, birliyimiz, vəhdətimiz uğrunda – Azərbaycanın böyük gələcəyi uğrunda mübarizə aparmalıyıq, vuruşmalıyıq, qurub-yaratmalıyıq. Bunun üçün böyük olmalıyıq. Böyük olmaq isə böyük düşünməkdən – dialoqdan, elm və təhsildən keçir.

"Moderator.az"