17.09.2020, 14:48 - Baxış sayı: 524

Prezident İlham Əliyevin islahatlar konsepsiyasında ənənəvilik, könüllülük və yaradıcı gənclər


Sənan Həsənov
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işcisi, siyasi elmlər üzrə fəlsəfə doktoru
senanhasanov77@gmail.com

UOT:323.22/.28
Acar sözlər: siyasət, partiya, dövlət, lider, gənclər, ideologiya, islahat
2 fevral ölkəmizdə möhtəşəm və ənənəvi tarixi günlərdən biri olaraq- “Gənclər günü” kimi qeyd edilir. Dahi siyasi xadim Heydər Əliyevin gənclərə olan etimadından, onlara verdiyi yüksək qiymətdən güc və qüvvət alan bu tarixlə minlərlə gənc öz potensialını ictimaiyyata təqdim edib, bu gün də elmi-ictimai sahədə, idarəcilikdə mühüm nailiyyətləri ilə cəmiyyətimizin fəal qüvvəsinə cevrilməkdədir. Yeni Azərbaycan Partiyasının gənclərimizin uğurlarında rolu isə müstəsnadır. Hətta demək mümküdür ki, dövlət quruculuğu prosesində partiya gənc nəslin potensialının dövlətciliyimiz naminə sərf olunmasının himayədarı rolunda cıxış etmişdir. Cünki Yeni Azərbaycan Partiyasının yaranması tarixindən gənclərlə bağlı ayrıca bir fəaliyyət istiqaməti mövcuddur. Partiyanın qurucusu dahi siyasi xadim Heydər Əliyev hələ 1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndələri ilə görüşərkən demişdir: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik"(1; s.10).
Az sonra 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu addım gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan verdi. 1995-ci ilin iyununda YAP Gənclər Birliyinin yaradılması isə partiyanın tarixinə əlamətdar hadisə kimi daxil oldu.1996-cı ilin fevralın 2-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu böyük bir tarixin əsasını qoydu.Dahi siyasi xadim 1 fevral 1997- ci ildə isə Respublika Gənclər Forumunun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul etmiş və 2 fevralın “Azərbaycanda Gənclər Günü” olaraq təsis edilməsi haqqında Sərəncam imzalamışdır (1).Bu sərəncamla həmin tarixəlamətdar bir günə cevrilmişdir. Bundan sonra dünyada 1998-ci il avqustun 8-dən -12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edildi.
1999-cu il 20-21 dekabr tarixlərində Yeni Azərbaycan Partiyasının I Qurultayının kecirilməsi zamanı qəbul edilmiş 6 ideoloji prinsipdən (1.Müstəqil dövlətçilik prinsipi: 2. qanunçuluq prinsipi: 3.Azərbaycançılıq, vətənçilik prinsipi: 4.varislik, yaradıcı təkamül prinsipi: 5.konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi prinsipi: 6. Sosial ədalət prinsipi). biri məhz varislik, yaradıcı təkamül prinsipi kimi qəbul edilmişdir(3). Mahiyyət etibarı ilə partiya cəmiyyətin gələcəyinin etibarlılığını təmin etmək ücün potensial qüvvənin gənclər olduğunu hesab etmiş və öz fəaliyyətində bu amilə xüsusi önəm vermişdir. Həmin prinsiplərin müstəqil dövlət quruculuğuna tətbiqində səmərəli və uzun tarixi zamana planlaşdırılmış siyasi konsepsiyanın hazırlanması 21 noyabr 2001-ci ildə YAP-ın II Qurultayında İlham Əliyevin partiya sədrinin birinci müavini vəzifəsinə seçilməsi ilə sürətli inkişaf yoluna qədəm qoydu, 2005-ci ilin mart ayında keçirilən 3-cü qurultayda isə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyev partiyanın sədri seçilməsi ilə Azərbaycanda gənclər siyasəti Yeni Azərbaycan Partiyasının avanqard ideoloji istiqamətinə cevrildi. Sistemli, ardıcıl və səmərəli proqramların mərhələlərlə tətbiqi dövlət siyasətinin prioritet istiqaməti olaraq qarşıya qoyuldu. Bu mərhələlərin təhlili göstərir ki, Azərbaycan gənclərinin lideri Prezident İlham Əliyevin partiya rəhbərliyində təmsilçiliyiyeni dövrün yeni lideri anlayışını rellaşdırdı. Qısa zamanda partiya sıralarına gənclərin axını gücləndi və bütün sahələrdə gənclərimizə olan böyük etimad praktiki baxımdan möhkəm dövlətcilik bazasının yaradılması ücün öz səmərəsini verməyə başladı. Dövlət başçısının sərəncamı ilə 2007-ci il ölkəmizdə "Gənclər ili" elan edildi."Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi isə gənclərin ictimai fəaliyyətinin, yaradıcılığının və təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsini qarşıya hədəf kimi qoydu. Acıq etiraf edilməlidir ki,bu illərdə Yeni Azərbaycan Partiyası intellektual və yaradıcı gəncləri öz ətrafında birləşdirərək yeni nəslin hərtərəfli inkişafına, vətənpərvərlik ruhunun yüksəldilməsinə, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunmasına dair saysız hesabsız işlər görmüşdür. Yeni Azərbaycan Partiyasının3-cü qurultayında çıxışı zamanı Prezident İlham Əliyev gənclərin partiya sıralarına qoşulmasını xüsusi vurğulayaraq demişdir: "Gənclərlə bizim əlaqələrimiz həmişə yüksək səviyyədə olubdur, mən özüm şəxsən daim gənclərlə ünsiyyətdə olmuşam, indi də əlaqə saxlayıram. Çox şadam ki, ikinci qurultaydan sonra partiyamızda müşahidə olunan güclü axının böyük əksəriyyəti gənclərin hesabına baş veribdir. Bu da təbiidir. Çünki Azərbaycan gəncləri ölkəmizdə gedən prosesləri çox gözəl bilirlər və ümumiyyətlə, dünyada gedən prosesləri çox gözəl bilirlər. Hazırda gənclər partiyada xüsusi çəkiyə malikdir və Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizi gənclərdən ibarətdir.Eyni fikirləri Yeni Azərbaycan Partiyasının sıralarında birləşən qadınlar haqqında da demək mümkündür (4; s.12,13,14)İdarəcilikdə müdriklik, cevik və praqmatik düşüncəni önə cəkən, onu sürətli inkişaf konsepsiyasına cevirən Prezident İlham Əliyev qısa zamanda Azərbaycan dövlətciliyində gənclərin potensialını və bu potensialda könüllülük, mərhəmət, təmənnasız vətən sevgisini vətəndaşlıq amalına cevirdi. Tarixi ənənələri müasirliklə bağladı. Bu uğurlu siyasətə olan milli rəğbət isəYeni Azərbaycan Partiyasının 2013-cü il 7 iyun tarixdə kecirilən V Qurultayda Prezident İlham Əliyevin yenidən yekdilliklə partiya sədri secilməsinin göstəricisi oldu. Sadalanan tarixi ardıcıllıqların mahiyyəti göstərir ki, bu gün gənclərə olan etimadın əsasları uzaqgörən bir siyasətin qarşıya qoyduğu hədəfdir və bu strategiyanın ideoloji bazasını özündə birləşdirən Yeni Azərbaycan Partiyasının himayədarlığı ilə Azərbaycan gəncliyi mütəşəkkil yetkin bir qüvvəyə cevrilib. Azərbaycan dövlətcilik tarixində bu strategiya ona görə xüsusi önəm daşımalıdır ki, XXI əsrin cağırışlarında müasir innovasiyaların və informasiya texnologiyalarının tətbiqində intellektual səviyyəli gənclərə zamanın tələbi yaranarkən ölkəmiz artıq bu prosesə yetkin təfəkkürlü kadrlarla daxil oldu ki, bu da islahatların elmi-innovativ bazasını və səmərələliyini təmin edə bildi.Tarix sübut edir ki, zaman dəyişdikcə insanların yeni təfəkkürə əsaslanan baxışları və istəkləri, fərqli düşüncələri idarəetmədə və ictimai həyatdakı mövqelərində fərqli istəkləri meydana cıxarır. Bu məqamları vaxtında qiymətləndirən dövlətlər effektli siyasətə və inkişafa nail ola bilirlər. Cünki intellektin, aydın prqamatik düşüncə ilə sintezinin labüdlüyü bir tarixi zərurətdir. Azərbaycanın XXI əsrin ilk onilliyində belə sistemli yanaşma konsepsiyası tarixi nailiyyət hesab olunmalıdır.Məsələyə münasibətdə akademik Ramiz Mehdiyev yazır: “III minillikdə Azərbaycana rəhbərlik edən dövlət başçısı hər bir mərhələ üçün qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirmiş, islahatların sistemli və ardıcıl şəkildə, təkamül yolu ilə gerçəkləşdirilməsini istiqamətləndirmişdir.
XXI əsr Azərbaycanında həyata keçirilən islahatlar, köklü dəyişmələr həm də dövlət idarəçiliyinin bütün strukturlarının modernləşdirilməsi, elitaların yeniləşməsi, iqtisadi göstəricilərin şəffaflaşdırılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması tədbirləri ilə müşayiət olunur. Lider rolunun həqiqi miqyası konkret işlərin reallaşmasında üzə çıxır. Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib. O, müasir şəraitdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövrdə özü həvalə edib(5; səh. 54).
Odur ki, dünyada cərəyan edən müasir tendensiyalardan nəticə cıxarılması, bəşəriyyətin gələcəyinin zərərli ünsürlərdən qorunması ücün saf təfəkkürlü gənclərin siyasətdə düzgün istiqamətlərə yönəldilməsi yolunda İlham Əliyev müdrikliyi XXI əsrdə bəşəriyyətdə siyasi nəzəriyyəcilər tərəfindən öyrənilməli və təbliğ edilməlidir. Siyasi reallıq budur ki, Azərbaycanda formalaşdırılan intellekt indi öz təfəkkür imkanları ilə dünyaya elmi əsaslanmalar ixrac edir. Bu sahədə onun xaricdən idxala ehtiyacı yox əslində bəşəriyyətin Azərbaycandan öyrənməyə, Azərbaycan yolunun digər ölkələrdə tətbiqinə ehtiyac yaranmaqdadır. Biz ölkəmizdə davamlı, mərhələli islahtların nəticələri ilə tanış olarkən onun milli və bəşəri əhəmiyyətinin, dəqiq hədəflərinin və səmərəli proqnozlaşdırılmasının tətbiqini görürük. 2019-cu ilin də islahatlar ili olması təsadüfi deyildir. İslahatların ideoloji əsasları ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq əldə etdiyi zəngin təcrübələri xalqımızın mənafeyinə üygun balanslaşdıra bilib. Tədqiqatcı məsuliyyəti ilə demək mümkündür ki, Prezident İlham Əliyevin dünyadakı siyasi proseslərin gedişinə yanaşması və nəticələrin cıxarılması prosesində azərbaycan xalqı böyük uduş əldə edib. Ona görə də Prezident İlham Əliyev bütün siyasi islahatlarında göstərir ki, müasir dünyanın proseslərinə bələd olan innovasiyaları bilən gənclər indi öz potensiallarını səfərbər etməlidirlər. Bu Azərbaycana daha cox lazımdır. Cünki, Azərbaycan dünyada bir cox ilklərə imza atıb. Multikulturalizm, Qoşulmama Hərəkatında olan mövqe, bəzi güclərin legitim hakimiyyətlərin devrilməsində maraqlı olduqlarının ifşa edilməsi, kimi mövqeyini dünyaya bəyan etmiş və qəbul etdirmiş bir ölkədir.
Azərbaycanın gələcək inkişafına dair strategiyanın təhlili zamanı hələ Ulu Öndər Heydər Əliyev bir tarixi məqama nəzər yetirərkən demişdir: “Azərbaycan dövlətinin uğurları artdıqca ona qarşı basqılar da coxalacaq və buna nail olmaq ücün səriştəsiz və avanturist insanları təsir altına salaraq ondan istifadə etməyə calışacaqlar”(2; s. 324). Bəli, tarix göstərdi ki, XXI əsrdə Azərbaycanı bu təsirlərdən qorumaq ücün saf, milli düşüncəli, siyasi proseslərdən nəticələr cıxarmağı bacaran gənc nəsil öz sözünü deməlidir. Siyasi varisliyin əsas ideoloji xəttində də milli mənafenin qorunmasının həssas məsələ olduğunu önə cəkən Prezident İlham Əliyev 2019-cu il oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə cavan, müasir təhsilli və dünyagörüşlü, həmçinin, daha çevik kadrlarla işləməyə üstünlük verəcəyini bildirdi. Bu islahatlar cox geniş əhatə dairəsinə malik olmaqla həm də yeni tələblərdən yaranan problemlərə cevik və milli təfəkkürün gücü ilə yanaşmanın vaxtının catdığını göstərdi. Yeni Azərbaycan Partiyasının və onun ideoloji prinsiplərindən irəli gələn digər bir məsələyə Prezident İlham Əliyevin münasibəti belə olmuşdur ki, Azərbaycanın müasir dövlətcilik təcrübəsi göstərir ki, biz hec vaxt kortəbii şəkildə bayağı, milli ənənələrimizə zidd olan hansısa qeyri sağlam bir düşüncədən irəli gələn vərdişləri öz ənənlərimizə tətbiq etməməliyik. Lakin bəşəriyyətdəki bütün prosesləri və milli xüsusiyyətləri dərindən bilməliyk onlardan sağlam təfəkkürlə nəticələr cıxarıb yaxşılarını öz milli xüsusiyyətlərimizlə müqayisə etməliyik. Deməli ideologiyamiz milli, millilik isə bəşəriliklə bağlı olmalıdır. 26 noyabr 2019-cu ildə BDU-nin 100 illik yubileyi zamanı da bu məsələni mühüm tarixi istiqamət kimi ölkə ziyalılarının və gənclərin qarşısında qoymuş və dərin məzmunlu şərh verərək demişdir. “Məgər bizi bizdən çox sevən, istəyən varmı? Bu gün bəzi hallarda xarici dairələrdən eşidirik ki, biz Azərbaycana kömək etmək istəyirik, biz Azərbaycanı belə inkişaf etmiş ölkə kimi görmək istəyirik. O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi. Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?! Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etməmisiniz. Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq.Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Əsas hədəf gənclər olmalıdır. Bəzi qüvvələr gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib.Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bu yaxınlarda biz 120 ölkənin qərarı ilə Qoşulmama Hərəkatına sədrlik etməyə başladıq. Elə bu iki ay ərzində bizim xarici siyasətlə bağlı digər önəmli hadisələr də baş vermişdir. Biz oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərimizə götürdük və Zirvə Görüşünü Bakıda keçirdik. Qoşulmama Hərəkatının sədrliyini öz üzərimizə götürmüşük. İslahatlar bizim şüurlu seçimimizdir. Mən bir neçə dəfə bu məslə ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə etməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözlər çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik. Əlbəttə, kadr islahatları bundan sonra da aparılmalıdır. Ancaq bu, kampaniyaya çevrilməməlidir” (7).
Dövlət başcısının bu tarixi nitqi deyərdim ki, Yeni Azərbaycan Partiyasının mütərəqqi ideyalarının Azərbaycanın III minillikdə inkişafına tətbiqi ücün bir yol xəritəsidir.Çünki yeni reallıqlardan cıxış edərək əsasında dünyanın cağırışlarına cavab vermə imkanlarımiz bilavasitə siyasi varisliyin mahiyyətinin düzgün dərk edilməsinə söykənən kadrların cevik, intellektin gücünə əsaslanan idarəetmə keyfiyyətlərinin praktikada tətbiqi kimi məsələni önə cıxarır. Bu baxımdan22 yanvar 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun suallarına verdiyi cavablar maraq doğurur.
Moderator: Hökuməti yeniləməyinizi müşahidə etmək mənim üçün maraqlı idi. Siz gənc texnokratları sıralarınıza cəlb etmisiniz.
Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur, hökumət dəyişdi. Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir.
Moderator: Mən oxumuşam ki, indi Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?
Prezident İlham Əliyev: Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”(8).Bu gün həyata kecirilən islahatların tarixi ənələrimizlə, milli dəyərlərimizlə six şəkildə bağlı olması islahatların səmərələliyini daha da artırır. Ona görə ki, könülülük, vətənə sevgi, təmənnasızlıq, insanların qayğılarına yanaşma, bəşəri dəyərlərə hörmət prinsipləri üzərində islahatların əsasını təşkil edir. 30 dekabr 2019-cu il tarixdə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tarixi sərəncam vəzifəsindən, sosial mənsubiyyətindən aslı olmayaraq ölkəmizin bütün sahələrində əldə olunmuş yeniliklərin inkişafına bir stimuldur. Burada ən vacib məqam odur ki, dövlət başcısı Azərbaycan xalqının əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllülük və təmənnasız kömək ənənələri ilə yaşadığını, bu xoş niyyətin əslində xalqımızın mənəviyyatından irəli gələn, daima onu öz əməli ilə təsdiq edən milli özünəməxsusuğa cəmiyyətimizin diqqətini bir daha yönəltmişdir. Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərin təhlili acıq-aydın göstərir ki, XXI əsrdə bəşəriyyətin xilası intellektual təfəkkürlə yanaşı könüllülük prinsipini önə cəkmək, onu düzgün dərk etməklə mümkündür. Burada əsas meyar odur ki,insanı və milli-mənəvi dəyərlərə düzgün yanaşma, xoşməramlıq, ümumbəşəri hərəkat kimi insanların həyat tərzinə cevrilməlidir. Azərbaycanda son illər bu sahədə dünyada nümunə olacaq bir sistem və hətta deyərdim ki, ictimai şüur formalaşmaqdadır. Bunu ölkəmizdə bir hərəkata cevrilməkdə olan könüllülüyün, innovativ düşüncə tərzindən praktiki həyat tərzinə çevrilməsi prosesindəki nümunəvi yol sübut edir. Azərbaycan xalqının bu prosesdə daha asan və səmərəli fəaliyyətə nail olması bir tərəfdən daxili milli tələbata əsaslanırsa, o biri tərəfdən bu potensialın nümunə olaraq XXI əsrin cağırışlarında dünyada təbliğ edilməsi yolunda Prezident İlham Əliyevin möhkəm iradəsi, milli təəssübkeşliyi və bəşəri dəyərlərə olan münasibəti şərtləndirir. Belə strateji hədəfin dövlət siyasətində qarşıya qoyulması ilə bu gün ölkəmizdə gənclərin böyük bir qismi ASAN “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri könüllü hərəkatlarına qoşularaq öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol
oynamışlar. Bu ənənə hətta 5 dekabr Beynəlxalq Könüllülər Günündə də ölkəmizdə həyata kecirilməkdədir. Könüllülük hərəkatının daha mühüm əhəmiyyəti ondadır ki, hazırda bəşəriyyətdə ideoloji böhran müşahidə olunmaqdadır. Bu da insanların coxalması ilə deyil idarəetmədəki ideoloji problemlərlə bağlıdır. Təhlil sübut edir ki ideologiya elə bir sahədir ki, o səriştəli müdrik,mərhəmətli, hümanizm prinsiplərinə malik şəxsiyyətlərin nəzarətində həyata kecirilməlidir. Yəni insanlar mütərəqqi ideyaların təsiri ilə fəaliyyət göstərərkən bəşəriyyət fəlakətlərdən xilas ola bilər. Hesab edirəm ki, bu tək dövlət rəhbərinin deyil, cəmiyyətinziyalılarının sosial qruplarının, ictimai-siyasi institutlarının fəaliyyətindənaslıdır.
Prezident İlham Əliyevin cağırışları əməli iş prinsipimizə cevrilməlidir.
Təcrübə göstərir ki, baş qaldıran problemlərin həllinə vaxtında, dəqiq və yuxarıda göstərdiyimiz prinsiplərə əsaslanaraq yanaşılarsa onda təhlükəli tendensiyaların baş qaldırması da mümkün deyil. Belə sistemli yanaşma cəmiyyətdə sabitliyin davamlılığına və ziyalıların ideoloji təbliğat işinə öz səmərəsini verir. Məhz bunun ücün yaradıcı, milli ruhli və enerjili, ruhunda könüllülük prinsipi olan gənclərə dünyanın hər yerində ehtiyac vardır. Yəni hər bir şəxs öz üzərinə düşən məsuliyyəti dərk etməli və əməli iş prinsipinə cevirməlidir.Ona görə də Prezident İlham Əliyev haqlı olaraq dəfələrlə bizdən ictimai nəzarət tələb etməklə hər bir cıxışında, yaxud görüşlərində ziyalılara və vətəndaşlara sanki bir əməli fəaliyyət yolu göstərməkdədir. Çünki yaradıcı gənclərin və könüllülük prinsipində calışmağı bacaran kadrların əməyinə həmişə böyük ehtiyac vardır. Dövlət başcısının gənclərə böyük etimaq göstərməsinə dair islahatlar proqramı da mahiyyət etibarı ilə idarəcilikdə cevikliyin və operativliyin təmin olunmasını zamanın tələbi kimi qarşımıza qoyur..
Deməli bu gün gənc alimlərin qarşısında dövlətcilik strategiyasının ictimaiyyata düzgün catdırılması, bu sahədə ideoloji bazanın təmin olunması kimi mühüm vəzifəsi dayanır. Gənc alimlərin fəaliyyətində bu məsələnin əhəmiyyəti böyükdür ona görə ki, onlar partiyanın və dövlətin qarşıya qoyduğu strateji əhəmiyyətli məsələləri cəmiyyətimizə elmi əsaslarla catdırmalı, bu sahədə maarifləndirməni dəqiq mühakimələrlə aparmalıdırlar. Bütövlükdə ziyalılar faliyyətini elə qurmalıdırlar ki, gənc alimlərin və o cümlədən orta nəslin mövcud potensialı həm də dövlətcilik şüurunun hazırki tarixi şəraitdə düzgün dərk edilməsində özünü göstərsin. Bu gün bir sıra elmi tədqiqat mərkəzlərinin Prezident İlham Əliyevin yeni islahatlar kursunun mahiyyətini müəyyən qədər ictimaiyyata catdırması müsbət haldır. Lakin zənnimcə bu prosesin ölkəmizin bir sıra elmi- ictimai təşkilatları ilə dialoq şəklində qurulması, elmi müstəvidə qarşılıqlı əməkdaşlığın təşkili cox vacibdir. Son ilərdə AMEA Fəlsəfə İnstitutunun təşəbbüskarlığı ilə belə formatda aparılan müzakirələrin xüsusi əhəmiyyəti vardır. Bu günlərdə Bakı Kitab Mərkəzində “Yaradıcı gənclər və könüllülər” mövzusunda kecirilən ümumrespublika tədbiri bir sıra elmi-ictimai təşkilatları bu istiqamətdə bir araya gətirmişdir(9). 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ilə bağlı gənc yaradıcılarımızın üzərinnə böyük vəzifələrin düşməsinə dair məruzələr dinlənilərkən məlum oldu ki, qarşlıqlı fikir mübadiləsi prosesində problemlərə yanaşma daha əsaslı mahiyyət kəsb edir.Tədbirdə yekdil olaraq bildirildi ki, könüllülük xalqımızın tarixində milli ənənə olması ilə yanaşı onun yaşadılması və gənc nəslin əməli fəaliyyətində bir vətəndaşlıq borcuna cevrilməsi dövlət siyasətimizin prioritet istiqamətidir. Bu sahədə perspektiv imkanılara qarşılıqlı fikir mübadilələrinin aparılması ilə nail olmaq mümkündür.Prezident İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələri gənc alimlər və coxsaylı gənclər qarşısında şərh edərkən professor İlham Məmmədzadə haqlı olaraq bildirdi ki, “islahatların yeni mərhələsində azərbaycançılıq məhz inkişafın Azərbaycan modeli mərkəzində durmalıdır. Keçmişə ehtiramla yanaşmaq,onu dərindən bilmək və onun ən müsbət nümunələrini gənclərin mənəvi və vətənpərvərlik ruhunda tərbiyə işində istifadə etmək günümüzün ən vacib vəzifələrindən biridir. Gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir”. Düşünürəm ki, bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin diqqətdə saxlanılması qüdrətli Azərbaycan naminə uzaq hədəflərə planlaşdırılmış bir strategiyanın əsas hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında güclü əsaslara söykənən tarixi ənənlərimiz, milli xarakerimizdən irəli gələn könüllülük və təmənnasız vətən sevgimiz, intellektual gücə malik ziyalı gənclərimiz bu strategiyanın keşiyində bundan sonra da əzmlə dayanacaq, Azərbaycanın yeni-yeni uğurlarının təminatcısı olacaqlar.

Ədəbiyyatlar
1.Azərbaycanda “Gənclər günü” nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. //Azərbaycan qəzeti//, 3 fevral 1997-ci il, №18).
2. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Cıxışlar,nitqlər,bəyanatlar, müsahibələr, məktublar, məruzələr,müraciətlər, fərmanlar. On beşinci kitab. Mart 1998 - iyun 1998. /Buraxılışa məsul R. Mehdiyev, Bakı, Azərnəşr, 2005. 528 səh.).
3.Yeni Azərbaycan Partiyasının proqramı.yap.orq.az.2014-cü il).
4.Yeni Azərbaycan Partiyası xalqın istək və arzularının nəticəsi olaraq yaranmış siyasi partiyadır. "Səs" Analitik Qrupu. 2012, 21 noyabr. S.12-13-14)
5. Mehdiyev R. Azərbaycanın inkişafını XXI əsrin cağırışlarına üyğunlaşdıran lider Bakı, Elm, 2019-cu il 168 səh. səh. 54 ).
6.Müstəqilliyimizin qürur mənbəyi olan gənclik//Xalq qəzeti//2017, 1 noyabr № 240 s.10).
7.Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə cıxışı. https://sputnik.az/politics/20191126/422439963/ilham-eliyev-bdu-nun-100-illiyinde-cixish-edib.html).
8.Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Formunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib. President.az/articles/35647. 22yanvar 2020-ci il).
9.Yaradıcı Gənclər və könüllülər mövzusunda ümumrespublıika tədbiri kecirilmişdir. Science.gov.az 04 02 2020ci il).

Xülasə
Sənan Həsənov
Prezident İlham Əliyevin islahatlar konsepsiyasında ənənəvilik, könüllülük və yaradıcı gənclər
Acar sözlər: siyasət, partiya, dövlət, lider, gənclər, ideologiya
Müstəqilliyin ilk zamanından Yeni Azərbaycan Partiyası intellektual və yaradıcı gəncləri öz ətrafında birləşdirərək yeni nəslin hərtərəfli inkişafına, vətənpərvərlik ruhunun yüksəldilməsinə, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunmasını dövlət siyasətinin avanqard istiqamətinə cevirmişdir.İdarəcilikdə müdriklik, cevik və praqmatik düşüncəni önə cəkən, onu sürətli inkişaf konsepsiyasına cevirən Prezident İlham Əliyev bu əsaslarla qısa zamanda Azərbaycan dövlətciliyində gənclərin potensialını və bu potensialda könüllülük, mərhəmət, təmənnasız vətən sevgisini vətəndaşlıq amalına cevirdi. Azərbaycan dövlətcilik tarixində bu strategiya ona görə xüsusi önəm daşımalıdır ki, XXI əsrin cağırışlarında müasir innovasiyaların və informasiya texnologiyalarının tətbiqində intellektual səviyyəli gənclərə zamanın tələbi yaranarkən ölkəmiz artıq bu prosesə yetkin təfəkkürlü kadrlarla daxil oldu ki, bu da islahatların elmi-innovativ bazasını və səmərələliyini təmin edə bildi.
Odur ki, dünyada cərəyan edən müasir tendensiyalardan nəticə cıxarılması, bəşəriyyətin gələcəyinin zərərli ünsürlərdən qorunması ücün saf təfəkkürlü gənclərin siyasətdə düzgün istiqamətlərə yönəldilməsi yolunda İlham Əliyev müdrikliyi XXI əsrdə bəşəriyyətdə siyasi nəzəriyyəcilər tərəfindən öyrənilməli və təbliğ edilməlidir. Belə sistemli yanaşma cəmiyyətdə sabitliyin davamlılığına və ziyalıların ideoloji təbliğat işinə öz səmərəsini verir. Məhz bunun ücün yaradıcı, milli ruhli və enerjili, ruhunda könüllülük prinsipi olan gənclərə dünyanın hər yerində ehtiyac vardır. Məqalədə gəlinmiş əsas qənaət ondan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında güclü əsaslara söykənən tarixi ənənlərimiz, milli xarakerimizdən irəli gələn könüllülük və təmənnasız vətən sevgimiz, intellektual gücə malik ziyalı gənclərimizin bu strategiyanın keşiyindəəzmlə dayanacağı, Azərbaycanın yeni-yeni uğurlarının təminatcısı olacağına hec bir şübhə yaratmır.

резюме
Сенан Гасанов
Традиционная, добровольная и творческая молодежь в концепции реформ Президента Ильхама Алиева
Ключевые слова: политика, партия, государство, лидер, молодежь, идеология
Со времени обретения независимости Партия «Новый Азербайджан» объединила интеллектуальную и творческую молодежь в авангарде государственной политики в деле всестороннего развития нового поколения, повышения духа патриотизма и вовлечения молодежи в активную общественную деятельность. Президент Ильхам Алиев, который вложил мудрость, проворное и прагматичное мышление в управление и принял концепцию быстрого развития, на этих основаниях за короткое время проявил приверженность потенциалу молодежи в государственности Азербайджана и потенциалу добровольчества, сострадания и патриотизма. Эта стратегия должна иметь особое значение в истории государственности Азербайджана, когда вызовы XXI века требуют от интеллектуальных молодых людей применения современных инноваций и информационных технологий, наша страна уже вступила в этот процесс со зрелыми мыслителями, которые могут предоставить научные и инновационные знания о реформах.
Следовательно, мудрость Ильхама Алиева в поиске правильного направления политики в 21-м веке должна быть изучена теоретиками-гуманистами в поиске правильного направления в политике человеческой расы, чтобы опираться на современные тенденции в мире и защитить будущее человечества от вредных элементов. Такой системный подход способствует стабильности общества и идеологической пропаганде интеллектуалов. Вот почему молодые люди с творческим, национальным духом и энергией, которые имеют принцип добровольчества, нуждаются в этом во всем мире. Главный вывод статьи заключается в том, что наши исторические традиции, сильная волонтерская и восторженная родина, наша интеллектуальная молодежь под руководством Президента Ильхама Алиева будут отличным источником поддержки этой стратегии. не создает.

summary
Senan Hasanov
Traditional, voluntary and creative youth in the concept of reforms of President Ilham Aliyev
Keywords: politics, party, state, leader, youth, ideology
Since independence, the New Azerbaijan Party has united intellectual and creative youth at the forefront of state policy in the full development of the new generation, raising the spirit of patriotism and involving young people in active public activities. President Ilham Aliyev, who put wisdom, agile and pragmatic thinking into management and adopted the concept of rapid development, on these grounds for a short time showed his commitment to the potential of youth in the statehood of Azerbaijan and the potential for volunteering, compassion and patriotism. This strategy should be of particular importance in the history of statehood in Azerbaijan, when the challenges of the 21st century require intelligent young people to apply modern innovations and information technologies, our country has already entered into this process with mature thinkers who can provide scientific and innovative knowledge about reforms.
Consequently, the wisdom of Ilham Aliyev in the search for the right direction of politics in the 21st century should be studied by humanist theorists in the search for the right direction in the politics of the human race in order to rely on modern trends in the world and protect the future of humanity from harmful elements. Such a systematic approach contributes to the stability of society and the ideological propaganda of intellectuals. That is why young people with a creative, national spirit and energy, who have the principle of volunteerism, need it all over the world. The main conclusion of the article is that our historical traditions, a strong volunteer and enthusiastic homeland, our intellectual youth under the leadership of President Ilham Aliyev will be an excellent source of support for this strategy. does not create.

"Strategiya"
Beynəlxalq ictimai-siyasi elmi-nəzəri jurnal.
№01 (55)
Yanvar-fevral, 2020