24.06.2020, 10:17 - Baxış sayı: 650

“Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasi" mövzusunda onlayn konfrans keçirilmişdir


“Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasi" mövzusunda onlayn konfrans keçirilmişdirGənclərin İnkişafı və Kariyera Mərkəzinin Zaqatala nümayəndəliyinin təşəbbüsü ilə AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru,dosent Sənan Həsənovun təqdimatında respublika gənclər mərkəzləri ilə vebinar baş tutmuşdur. Ölkəmizin müxtəlif rayonlarının fəal gənclərinin qoşulduğu vebinar “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasi" mövzusuna həsr edilmişdir. Xilaskarlıq missiyasının tarixi siyasi hadisələrlə qarşılıqlı surətdə təhlili və onun milli özünüdərk prosesindəki mahiyyətinin müasir dövlətçiliyimizdə tutduğu yer gənclərin diqqətinə çatdırılmışdır. Heyder Əliyevin xilaskarlıq missiyasının müstəqillik fəlsəfəsindəki mahiyyətinin dərk edilməsində gənclərin üzərinə düşən vəzifələrə dair müzakirələr edilmiş, tövsiyyələr verilmişdir. Vebinar gəncləri maraqlandıran suallar əsasında davam etdirilmişdir.
“Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasi" mövzusunda onlayn konfrans keçirilmişdir