13.05.2020, 10:46 - Baxış sayı: 765

Fəlsəfə İnstitutunun əməkdaşı beynəlxalq konqresdə iştirak edib


Fəlsəfə İnstitutunun əməkdaşı beynəlxalq konqresdə iştirak edibAMEA Fəlsəfə İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bahar Məmmədova Türkiyənin Bursa şəhərində onlayn formatda keçirilən "Əl-Fərabi jurnalı. 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi"ndə iştirak edib.
B. Məmmədova konqresdə “Əl Fərabi haqqında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Fərabinin həyat və yaradıcılığından, onun orta əsrlərdə Azərbaycanda fəlsəfənin inkişafına yeni təkan verən xidmətlərindən danışıb, onlarla tanınmış filosoflar haqqında məlumat verib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.