17.12.2019, 13:10 - Baxış sayı: 851

Türkiyəli filosof Fəlsəfə İnstitutunda məruzə etmişdir


Türkiyəli filosof Fəlsəfə İnstitutunda məruzə etmişdirBursa Uludağ Universitetinin fəlsəfə üzrə professoru, doktor A.Kadir Çüçen AMEA Fəlsəfə İnstitutunun qonağı olmuşdur. Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə qonağı salamlayaraq, onu Fəlsəfə İnstitutunda görməkdən məmnunluğunu ifadə etdi.
Sonra Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli qonaq haqqında ətraflı məlumat verdikdən sonra sözü A.Kadir Çüçenə verdi.
Dəvət üçün minnətdarlığını bildirən professor A.Kadir Çüçen “Varoluşunu gizləyən varlıq: İnsan” mövzusunda məruzə etdi. O öz məruzəsində Avropa filosoflarının, xüsusən də Haydegerin fəlsəfi görüşləri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirdi.
Elmi Şura üzvlərindən fəlsəfə elmləri doktorları Xatirə Quliyeva, Zümrüd Quluzadə, Afaq Rüstəmova, Adil Əsədov, Arzu Hacıyeva, Füzuli Qurbanov və digər çıxışçılar mövzu ilə bağlı suallar verərək, fikir mübadiləsi apardılar.
Sonda doktor A.Kadir Çüçen Türkiyə Cümhuriyyətinin təhsil müəssisələrində fəlsəfə elminin tədris və fəlsəfənin ümdə problemlərinin tədqiqi ilə əlaqədar geniş məlumat verdi.
AMEA Fəlsəfə İnstitutu ilə elmi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğuladı.
Türkiyəli filosof Fəlsəfə İnstitutunda məruzə etmişdir
Türkiyəli filosof Fəlsəfə İnstitutunda məruzə etmişdir