14.11.2019, 15:06 - Baxış sayı: 677

“Siyasi liderlik: Milli dövlətçilikdə strateji hədəflər və gənclik” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir


“Siyasi liderlik: Milli dövlətçilikdə strateji hədəflər və gənclik” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdirAMEA Fəlsəfə İnstitutunda institut rəhbərliyinin və Yeni Azərbaycan Partiyasının Fəlsəfə İnstitutu Təşkilatının təşkilatcılığı ilə “Siyasi liderlik: Milli dövlətçilikdə strateji hədəflər və gənclik” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Tədbirə İnstitutun Gənc Alimlər Şurasının və AMEA Qadınlar Şurasının üzvləri, institutun əməkdaşları, eləcə də Yeni Azərbaycan Partiyasının Azərbaycan Milli Elmlər Akademiyası üzrə əlaqələndiricisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli, Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri, BDU-nin Geologiya fakultəsinin dekan müavini İlqar Quliyev, Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini Aytəkin Əhmədova qatılmışlar.
Tədbiri giriş sözü ilə institutun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq qonaqları və iştirakçıları salamaldı. Ölkəmizdə həyata keçirilən sürətli islahatların elmi əsaslarına toxundu. Qarşıdakı strateji hədəflərə nail olmaq üçün Prezident İlham Əliyevin uğurlu islahat konsepsiyasındakı çağırışlarda ziyalıların, ictimai təşkilatların, xüsusilə də gənc alimlərin roluna dair vacib məqamları iştirakçıların diqqətinə çatdırdı və sözü Yeni Azərbaycan “Siyasi liderlik: Milli dövlətçilikdə strateji hədəflər və gənclik” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdirPartiyasının Fəlsəfə İnstitutu Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənova verdi. Partiya sıralarına qəbul edilmiş yeni üzvlərə partiya biletləri təqdim olundu və tədbir açıq elan olundu. Sənan Həsənov “Cəmiyyətdə ideologiyanın səmərəli tətbiq olunmasında avanqard siyasi partiyanın rolu” mövzusunda etdiyi məruzədə bildirdi ki, ölkəmizdə çox mühüm əhəmiyyətə malik islahatlar aparılır və bu islahatların əhatəsi günü-gündən genişlənməkdədir. Prezident İlham Əliyevin bu sahədə fərman və sərəncamları ilə dövlət idarəçiliyində gənclərin roluna önəm verilməsi bizim üzərimizə mühüm vəzifələr qoymuşdur.
Yeni Azərbaycan Partiyası dövlətçilikdə qarşıya qoyulmuş hədəflərin düzgün müəyyənləşməsində gənclərin rolunu həmişə önə çəkmiş və bu partiyanın mütərəqqi ideyalarının Azərbaycanın gələcək inkişafındakı avanqard rola malik olması ilə bilavasitə bağlıdır. Bu sahədə Gənc Alimlərin fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. O Yeni Azərbaycan Partiyasının gücünün onun qarşısına qoyduğu prinsiplərin zaman-zaman müstəqil, güclü və qüdrətli dövlətçilik naminə uğurla tətbiq etməsində təsdiqini tapmasını əsaslandırdı.
Tədbirdə fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarovun “Dövlətçilik şüuru: mövcudluğumuzun əsas qarantı kimi”, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəflinin “Qadınlar idarəetmədə: Azərbaycan modelinin sosial-fəlsəfi təhlili”, elmi işçi Vüsalə Gülmalıyevanın “Millət və vətəndaşlıq missiyasının dərki”, institutun Gənc Alimlər Şurasının sədri Tünzalə Musayevanın “Ailənin qorunmasında milli dəyərlər sistemi: qarşılıqlı əlaqə və müqayisəli təhlil (Azərbaycan reallıqları kontekstində” mövzusunda məruzələri dinlənilmişdır. Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri İlqar Quliyev ölkəmizin sürətli inkişafının davamlı olmasında gənclərin roluna diqqət yetirdi, bu sahədə qarşıda duran vəzifələrə nəzər saldı. Məruzələr ətrafınada fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova, fəlsəfə elmləri doktoru Afaq Rüstəmova, fəlsəfə üzrə fəlsəfə doktoru Əli İmanquliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov və başqaları çıxış etdilər. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların idarəetmədə təkmilləşmənin və sürətli inkişafın əsas bazası olduğunu və gənc nəslin bu inkişafda böyük potensial qüvvə kimi Prezident İlham Əliyevin ətrafınada sıx birləşməsini alqışladıqlarını ifadə etdilər. Bir sıra qarşılıqlı fikir mübadiləsi apardılar.
“Siyasi liderlik: Milli dövlətçilikdə strateji hədəflər və gənclik” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir