26.11.2019, 14:52 - Baxış sayı: 948

Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Rəşad Əsgərov Rusiyada elmi konfransda iştirak etmişdir


Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Rəşad Əsgərov  Rusiyada elmi konfransda iştirak etmişdirAMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi f.ü.f.d. Rəşad Əsgərov 20-22 noyabr 2019-cu il tarixlərində Rusiya Fedarasiyası Tatarıstan Respublikası Bolqar şəhərində "Milli dini məktəbin dirçəliş və inkişafı kontekstində İslamşünaslıq tədqiqat təcrübəsi” adlı Beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir.
Bolqarıstan İslam Akademiyası M.V.Lomonosov adına Moskva Dövlət Universiteti ilə birlikdə Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi, Rusiya Müsəlmanları Mərkəzi mənəvi İdarəsi, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi və Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda R.Əsgərov “Azərbaycanda dini təhsilin tarixi kontekstdə inkişafı” (“Развитие религиозного образования в азербайджане в контексте истории”) adlı məruzə ilə çıxış etmişdir.
Qeyd edək ki, Rəşad Əsgərovun simpozumdakı məruzəsi Rusiya mətbuatında və televiziyalarında işıqlandırılmışdır.
Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Rəşad Əsgərov  Rusiyada elmi konfransda iştirak etmişdir