24.09.2019, 09:38

Fəlsəfə İnstitutu müsabiqə elan edir


AMEA-nın Fəlsəfə İnstitutu boş olan aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:

“Məntiq” şöbəsi üzrə:
baş elmi işçi - 1 yer;

“Etika” şöbəsi üzrə:
aparıcı elmi işçi - 1 yer;

“Müasir siyasətin fəlsəfəsi” şöbəsi üzrə:
aparıcı elmi işçi - 1 yer;

“Sosiologiya” şöbəsi üzrə:
aparıcı elmi işçi - 1 yer;
böyük elmi işçi - 1 yer;

“Sosial psixologiya” şöbəsi üzrə:
kiçik elmi işçi - 1 yer;

Müsabiqədə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: Bakı ş., H.Cavid pr., 115.
Telefon: (+994 12) 510 15 12