23.09.2019, 10:52

“Qədim Yunan filosoflarına” həsr olunmuş müsabiqə keçiriləcək


Yunanıstanın Azərbaycandakı Səfirliyi gənc tədqiqatçılar üçün (40 yaşa qədər) “Qədim Yunan filosoflarına” həsr olunmuş müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün Yunan filosoflarının əsərlərindən 300-500 sözdən ibarət mətn seçilməli və iştirakçı öz təhlilini verməlidir. Müsabiqənin nəticəsi olaraq 3 ən yaxşı təqdim olunmuş mətnə mükafat veriləcək. Hazırlanmış mətnlər gremb.bak@mfa.gr ünavnına göndərilə bilər. Əlavə məlumat üçün AMEA Fəlsəfə İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinə (917-ci otaq) müraciət edə bilərsiniz.
Müsabiqə 11.11.2019-cu il tarixində keçiriləcək.
20.10.2019