13.09.2019, 13:04

“Müasir siyasətin və etikanın aktual problemləri” adlı elmi-nəzəri məqalələr toplusu nəşr olunub


Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə ithaf olunur

“Müasir siyasətin və etikanın aktual problemləri” adlı elmi-nəzəri məqalələr toplusu nəşr olunubAMEA Fəlsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” və “Etika” şöbələrinin birgə hazırladığı “Müasir siyasətin və etikanın aktual problemləri” (Bakı-2019) adlı elmi-nəzəri məqalələr toplusunda ulu öndər Heydər Əliyevin müasir Azərbaycanı güclü dövlətə çevirən milli inkişaf siyasəti, milli dirçəliş fəlsəfəsi, azərbaycançılıq ideologiyası, etik siyasət məsələləri, Azərbaycan cəmiyyətinin XXI əsrdə sosio-mədəni və iqtisadi uğurları, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin modernləşmə xətti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə baxışlar, postsovet dövründə avrasiyaçılıq məsələsinə yanaşmalar, innovasiya və yaradıcılıqda qadınların dəyişkənliyin aparıcı qüvvəsi olması, Avropa dövlətində islamofobiyanın təzahürləri və səbəbləri, qlobal miqrasiya böhranı, Qərbə inteqrasiya və s. bu kimi siyasi, etik problemlərin elmi-nəzəri tədqiq və təhlilini ehtiva edən məqalələr təqdim olunur.
AMEA Fəlsəfə İnstitutunun Elmi Şurasının 25 may 2018-ci il tarixli (4 № li protokol) qərarı ilə çap olunan kitabın redaksiya heyəti İ.Məmmədzadə (elmi məsləhətçi), R.Mirzəzadə (elmi redaktor), Q.Paşayeva (elmi redaktor), D.Müslümzadə (redaktor), L.Mövsümova (redaktor), S.Kadiyeva (məsul katib), H.Həmidov, T.Qasımova, A.Məmmədova, A.Bağırova, D.Həşimov, S.Quliyeva, N.Əlicanova, Ş.Əsgərovdır (operator).