08.06.2019, 11:03 - Baxış sayı: 724

Fəlsəfə İnstitutunun alimi Türkiyənin Uludağ Universitetində məruzə ilə çıxış etmişdir


Fəlsəfə İnstitutunun alimi Türkiyənin Uludağ Universitetində məruzə ilə çıxış etmişdirBu il mayın 17-də Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən Uludağ Universitetində Fən-Ədəbiyyat fakültəsinin nəzdində olan fəlsəfə bölümünün professoru Abdulkadir Çüçenin təşəbbüsü, eləcə də fəlsəfə və arxeologiya bölümlərinin birgə təşkilatçılığı ilə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Rövşən Hacıyevin seminarı keçirilmişdir. R.Hacıyev seminarda adları çəkilən bölümlərin professor-müəllim və magistrləri qarşısında “İnsanlık tarihinə bir başka bakış” mövzusunda çıxış etmişdir. İki saatdan artıq davam edən seminarda R.Hacıyevin çıxışı böyük maraqla izlənilmiş, iştirakçıların çoxsaylı sualları məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.