19.04.2019, 11:41 - Baxış sayı: 1764

Professor Sakit Hüseynov “İ.Nəsiminin yaradıcılığı və milli-mənəvi dəyərlər” mövzusunda çıxış etmişdir


Professor Sakit Hüseynov “İ.Nəsiminin yaradıcılığı və milli-mənəvi dəyərlər” mövzusunda çıxış etmişdir18 aprel 2019-cu ildə Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyi, AMEA-nın Fəlsəfə İnstitutunun və Xətai rayonu 249-saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə "İ.Nəsimi irsi və milli-mənəvi dəyərlər" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda 249-saylı tam orta məktəbin direktoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nizami Bayramov, AMEA-nın Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov, Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının azərbaycanlı müxbir üzvü Elvin Talışınski, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xətai rayonu üzrə aparıcı məsləhətçisi Fərman Abdullayev, Bakı Avrasiya Universitetinin magistrı, folklorşünas İlkin Elsevər və Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin üzvü Zəkiyyə Heybətova çıxış edərək mövzu ətrafında öz fikirlərini bildirdilər.
AMEA-nın Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov “İ.Nəsiminin yaradıcılığı və milli-mənəvi dəyərlər” mövzusunda çıxış etmişdir.
Professor Sakit Hüseynov “İ.Nəsiminin yaradıcılığı və milli-mənəvi dəyərlər” mövzusunda çıxış etmişdir