10.05.2019, 12:08

Nəsimi ilinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək


YUNESKO-nun təsis etdiyi «Ümum-dünya Fəlsəfə günü» münasibəti ilə AMEA Fəlsəfə İnstitutunun akt zalında (IX mərtəbə) 21 noyabr 2019-cu il tarixində «Nəsiminin fəlsəfəsi və YUNESKO-nun ideallari» və 22 noyabr 2019-cu il tarixində «İslam fəlsəfəsində Nəsimi fenomeni» mövzularında Beynəlxalq Elmi Konfranslar keçiriləcəkdir.

“İslam fəlsəfəsində Nəsimi fenomeni” mövzusunda Beynəlxalq elmi konfransın işçi dilləri: Azərbaycan, ingilis.
Konfrans mövzularına daxildir:
1. Hürufilik və onun Azərbaycanda nümayəndələri
2. Hürufilik və Sufizm: paralellər, fərqlər, oxşar cəhətlər
3. Nəsimi fəlsəfəsində mistika
4. Nəsimi fəlsəfəsində sufizm və hürufizm
5. Ənə’l-Həqq fenomeninin mahiyyəti və təzahürləri
6. Nəsimi poeziyası Azərbaycan sufi şeirinin zirvəsi kimi
7. Nəsimi: təxəyyül və reallıq arasında
Məruzələrin tezislərinə qoyulan tələblər:
- Müəllifin adı, soyadı, ata adı, elmi dərəcəsi, işlədiyi müəssisə, elektron ünvanı, səhifənin yuxarı sağ tərəfində (12 pt ilə) göstərilməli;
- Tezislərin adı — 14 pt, tünd rəngdə (bold);
- Tezislərin həcmi ən azı 400 sözdən ibarət olmalı, 5-7 açar söz yazılmalıdır;
- Tezislərin mətni — Times New Roman, 12 pt, yuxarıdan 3 sm, aşağıdan 2 sm, soldan 2 sm, sağdan 2 sm, sətirlərarası interval 1,5;
- Tezislər yuxarıda göstərilən mövzulardan birinə aid olmalıdır.
Məruzələrin tezisləri 01 iyul 2019-cu ilə qədər konul.bunyadzada@phill.science.az və mammadovaturkan8@gmail.com e-mail ünvanına göndərilməlidir.
Qeyd: Tezislərin Elmi heyət tərəfindən qəbul edilməsi məqalənin də qəbul edilməsi demək deyildir. Məqalələr konfransın elmi heyəti tərəfindən qiymətləndirildikdən sonra 15 gün ərzində müəllifə məlumat veriləcəkdir.
Qəbul edilmiş məruzələrin tam mətninin göndərilməsində son tarix: 10 oktyabr 2019-cu il.
Məqalələr sertifikatla təltif ediləcək və konfrans materialları toplusunda İSBN indeksi altında dərc ediləcəkdir.
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri, Hüseyn Cavid pr. 115, AZ1073

Əlaqələndirici şəxs:
Türkan Məmmədova
mammadovaturkan8@gmail.com
(+994) 51 608 80 06