03.04.2019, 14:58 - Baxış sayı: 1116

“Türk dünyasının üç böyük dühası - Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Hilmi Ziya Ülkən” mövzusunda seminar keçirilmişdir


“Türk dünyasının üç böyük dühası - Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Hilmi Ziya Ülkən” mövzusunda seminar keçirilmişdirAprelin 3-də Fəlsəfə İnstitutunun akt zalında “Etika” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məmmədova Aytək Zakir qızının “Türk dünyasının üç böyük dühası - Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Hilmi Ziya Ülkən” mövzusunda seminarı keçirilmişdir.
Seminarı giriş sözü ilə Fəlsəfə İnstitutunun direktoru, f.e.d.professor İlham Məmmədzadə açaraq məruzəçinin elmi fəaliyyətindən və bugünkü seminarın mövzusu haqqında ətraflı söhbət açıb.
Sonra çıxış edən Aytək Zakirqızı (Məmmədova) məruzəsində üç mütəfəkkirin 2019-cu ildə yubileyləri olduğunu xatırlatdı. Belə ki, Əli bəy Hüseynzadənin doğumunun 155, Əhməd bəy Ağaoğlunun doğumunun 150 və vəfatının 80 illiyi, Hilmi Ziya Ülkənin vəfatının 45 illiyi olduğunu diqqətlərə çatdırdı. Həmçinin Azərbaycanın və Türkiyənin XIX əsrin sonu XX əsrin əvvəllərindəki ictimai və elmi-mədəni mühitindən bəhs edən Aytək Zakirqızı Hilmi Ziya Ülkənin (1901-1974) Əli bəy Hüseynzadə (1864-1940) və Əhməd bəy Ağaoğlu (1869-1939) ilə yaxın dostluq, elmi münasibətləri olduğunu bildirmişdir.
Əli bəy Hüseynzadə kimi Əhməd bəy Ağaoğlu da həm Azərbaycanın, həm də Türkiyənin siyasi və elmi həyatında özünəməxsus fəaliyyət göstərmiş bir şəxsiyyət olduğunu deyən A.Zakirqızı Əhməd bəy Ağaoğlunun doğulduğu Şuşa şəhərinə çox bağlı olduğunu, 1892-ci ildə Londonda iştirak etdiyi “Şərqşünaslar Konqresi” haqqında təəssüratlarında Londonun Hayd Parkını gəzərkən Şuşa şəhərinin yadına düşdüyünü ifadə etdiyini, həmçinin Maltada iki ilə yaxın sürgündə olarkən ailəsinə yaz¬dığı məktublarda da bunun özünü göstərdiyini qeyd etmişdir.
Mövzu ətrafında İnstitutun ümumi işlər üzrə direktor müavini Qabil Camalov, Sosiologiya şöbəsinin müdiri, f.e.d. Rəfiqə Əzimova, i.ü.f.d. Əhməd Qəşəmoğlu, İnformasiya cəmiyyətinin fəlsəfi problemləri şöbəsinin müdiri, f.e.d. Afaq Rüstəmova, f.ü.f.d. Şölət Zeynalov, elmi işçi Həsənağa Məmmədli, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı fil.ü.f.d. Samirə Mir-bağırzadə və b. çıxış etmişlər.
“Türk dünyasının üç böyük dühası - Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Hilmi Ziya Ülkən” mövzusunda seminar keçirilmişdir
“Türk dünyasının üç böyük dühası - Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Hilmi Ziya Ülkən” mövzusunda seminar keçirilmişdir
“Türk dünyasının üç böyük dühası - Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Hilmi Ziya Ülkən” mövzusunda seminar keçirilmişdir