14.03.2019, 12:46 - Baxış sayı: 922

Professor Sakit Hüseynovun tələbələrlə görüşü keçirilmişdir


Professor Sakit Hüseynovun tələbələrlə görüşü keçirilmişdir12 mart 2019-cu il tarixində Sumqayıt Dövlət Universitetinin rəhbərliyinin təşəbbüsü ilə Universitetin Ekologiya Mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri və fakültənin professor-müəllim heyəti ilə AMEA-nın tanınmış alimləri arasında görüş keçirilmişdir. Görüşdə AMEA-nın Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, professor Sakit Hüseynov və AMEA-nın Radiasiya problemləri İnstitutunun “Enerjiyə qənaətedici radiasiya prosesləri” laborotoriyasının müdiri, AMEA-nın müxbir üzvü İslam Mustafayev iştirak etmişdir. Görüş zamanı Davamlı inkişaf və ətraf mühitin mühafizəsi haqqında müzakirələr aparılmışdır. Sakit Hüseynov Davamlı inkişafın sosial fəlsəfi problemləri, Azərbaycanın davamlı inkişafa keçməsi prosesləri, yoxsulluğun azaldılması, respublikamızda elm və təhsilin inkişafı məsələləri, ölkəmizdə sağlamlıq və gender problemlərinin yaxşılaşdırılması istiqamətləri və s. məsələlər haqqında görüş iştirakçılarına maraqlı məlumatlar vermişdir. Professor İslam Mustafayev isə ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, atmosfer havası, su və torpaqlarımızın çirklənmədən qorunması və digər ekoloji məsələlərlə bağlı görüş iştirakçılarına maraqlı məlumatlar vermişdir. Tələbələr tərəfindən alimlərimizə verilən suallar ətraflı şəkildə izah edilmişdir. Bütövlükdə tələbələrin tanınmış alimlərimizlə görüşü çox maraqlı keçmişdir.