20.11.2018, 09:44 - Baxış sayı: 863

Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri, professor Sakit HüseynovTürkmənistanda Beynəlxalq Konfransda iştirak edib

Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri, professor Sakit HüseynovTürkmənistanda Beynəlxalq Konfransda iştirak edibTürkmənistan respublikasının Aşqabad şəhərində 2018-ci il noyabr ayının 13-14-də “İnkişaf dövründə təhsil və idman” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. Son illərdə Türkmənistanda bu mövzuda Beynəlxalq Konfransın keçirilməsi artıq ənənə halına almışdır. Təhsil və idman adı ilə keçirilən bu konfransda demək olar ki, ictimai həyatın bütün sahələrini əhatə edən müxtəlif məruzələr konfrans iştirakçılarının diqqətini cəlb etmişdir.
Bu konfransda AMEA-nın Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri professor Sakit Hüseynovun “Təhsil islahatları Davamlı inkişaf kontekstində” adlı məruzəsi də iştirakçılar tərəfindən maraqla dinlənilmişdir. Sakit Hüseynov öz məruzəsində əsasən son illərdə Azərbaycanda həyata keçirilən təhsil islahatlarının sosial-fəlsəfi mahiyyətini şərh etmiş, eyni zamanda ölkəmizdə Davamlı inkişaf məqsədlərinə nail olunmasında təhsilin mühüm rol oynadığını əsaslandırmışdır.
Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri, professor Sakit HüseynovTürkmənistanda Beynəlxalq Konfransda iştirak edibEzamiyyə müddətində Sakit Hüseynov respublikamızın Türkmənistandakı səfiri Həsən Zeynalovla görüşmüşdür. Görüşdə S.Hüseynovdan başqa həmin Konfransda iştirak edən digər azərbaycanlı alimlər-Azərbaycan Texniki Universitetinin İctimai elmlər kafedrasının professoru Əyyub Kərimov və Rusiya Federasiyası Elmlər Akademiyası Fəlsəfə İnstitutunun əməkdaşı Ariz Gözəlov da iştirak etmişdir. Görüş zamanı Azərbaycan alimləri Beynəlxalq Konfransdakı çıxışları haqqında səfirə məlumat vermişlər. Səfir Həsən Zeynalov isə son illərdə Azərbaycan və Türkmənistan respublikaları arasında siyasi-iqtisadi və elmi-mədəni əlaqələrin genişlənməsindən danışmış, eyni zamanda Respublikamızın Qafqazda lider Respublika kimi tanınmasında Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti haqqında fikirlərini bölüşmüşdür.