19.09.2018, 22:32 - Baxış sayı: 915

“Platon və müasir fəlsəfə” mövzusunda beynəlxalq elmi seminar keçirildi


“Platon və müasir fəlsəfə” mövzusunda beynəlxalq elmi seminar keçirildi19 sentyabr 2018-ci il tarixində AMEA Fəlsəfə İnstitutunun, Xəzər Universitetinin və Qafqaz Platon Cəmiyyətinin birgə təşkilatçılığı ilə Xəzər Universitetində “Platon və müasir fəlsəfə” mövzusunda beynəlxalq elmi seminar keçirildi.
Seminarı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açaraq seminar iştirakçılarını salamlayıb, xoşgəldin dedi. H.İsaxanlı seminarın əhəmiyyətindən danışaraq, belə elmi seminarların tez-tez keçirilməsini vurğuladı. Gürcüstanda keçirilən beynəlxalq konfransdan qayıtdıqdan sonra AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə ilə görüşüb bu istiqamətdə müştərək seminarların keçirilməsi barədə qərara gəldiklərini də seminar iştirakçılarının diqqətinə çatdırdı.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA ilə Xəzər Universitetinin qarşılqlı əməkdaşlığına diqqət çəkərək, bu əlaqələrin daha da genişləndirilməsindən bəhs etdi. Seminarın mövzusu ilə bağlı fikirlərini bölüşən İ.Həbibbəyli Platonun elmi irsi və bu irsin zənginliyi haqqında seminar iştirakçılarına geniş və dolğun məlumat verdi. Həmçinin, Platonun nəzəriyyəsinin bu gün də çox aktual olduğunu vurğuladı. Akademik çıxışının sonunda seminar iştirakçılarına uğurlar arzuladı və tövsiyyə etdi ki, davamlı olaraq bu kimi əhəmiyyətli və vacib mövzularda elmi seminarlar təşkil edilsin.
Daha sonra söz seminarda qonaq qismində iştirak edən Yunanıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosa verildi. Səfir çıxışında Azərbaycanda Yunan fəlsəfəsinə olan marağa və diqqətə görə seminarın təşkilatçılarına təşəkkürünü bildirdi. Belə seminarların əhəmiyyətini vurğulayan səfir, beynəlxalq elmi konfransların və seminarların Yunanıstanda da keçirilməsini, həmçinin Yunanıstan alimləri ilə qarşılıqlı elmi mübadilələrin aparılmasını təkilif edərək, seminarda iştirak edən alimləri Yunanıstana dəvət etdi.
Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Platonda riyaziyyat və poeziyanın vəhdəti”, AMEA Fəlsəfə İnstitunun direktoru, professoru İlham Məmmədzadənin “Platon və müasir fəlsəfənin əsas istiqamətləri”, AMEA Fəlsəfə İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Zümrüd Quluzadənin “Mədəniyyət tarixində vəhdət və kəsrətin əlaqəsi probleminin qoyuluşu (Platon, neoplatonizm, Q.Kantor və L.Zadə)”, AMEA Fəlsəfə İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsini müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Əli Abbasovun – “Platon: tarix və müasirlik”, AMEA Fəlsəfə İnstitutunun “Estetika” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədovun – “Platon və Aristotel: zadəgan və təbəə əksliyi” və AMEA Fəlsəfə İnstitutunun “İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanovun – “Platon və müasirlik: təfəkkür hadisəsi kimi qarşılıqlı əlaqələr” mövzusunda məruzələri dinlənildi.
Seminarın sonunda professor Hamlet İsaxanlı seminarda maraqlı elmi məruzələri ilə çıxış edən alimlərə, seminar iştirakçılarına minnətdarlığını bildirdi. Həmçinin belə seminarların mütəmadi keçirilməsini arzu edərək, hər kəsə təşəkkür etdi.
“Platon və müasir fəlsəfə” mövzusunda beynəlxalq elmi seminar keçirildi
“Platon və müasir fəlsəfə” mövzusunda beynəlxalq elmi seminar keçirildi
“Platon və müasir fəlsəfə” mövzusunda beynəlxalq elmi seminar keçirildi
“Platon və müasir fəlsəfə” mövzusunda beynəlxalq elmi seminar keçirildi
“Platon və müasir fəlsəfə” mövzusunda beynəlxalq elmi seminar keçirildi
“Platon və müasir fəlsəfə” mövzusunda beynəlxalq elmi seminar keçirildi
“Platon və müasir fəlsəfə” mövzusunda beynəlxalq elmi seminar keçirildi