15.09.2018, 08:43 - Baxış sayı: 1554

Fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov Pekin şəhərində keçirilən XXIV Ümumdünya Fəlsəfə Konqresində iştirak etmişdir

Fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov Pekin şəhərində keçirilən XXIV Ümumdünya Fəlsəfə Konqresində iştirak etmişdirDünya fılosofları arasında bilavasitə canlı ünsiyyətin yaxşılaşdırılması məqsədi ilə 1900-cu ildən başlayaraq Ümumdünya Fəlsəfə Konqresləri keçirilir. Birinci Konqres 1900-cu ildə Fransanın paytaxtı Paris şəhərində keçirilmişdir.
İkinci Dünya Müharibəsinindən sonra Ümumdünya Fəlsəfə Konqresləri bir qayda olaraq, hər beş ildən bir, avqust ayında keçirilir.
Ümumdünya Fəlsəfə Konqreslərinun sonuncuları Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyasının (Internatiorıal Federation of Philosophical Societies (FISP)) qərarı ilə 2013-cü ildə Yunanıstanm paytaxtı Afına şəhərində və hazırda cari ilin avqust ayında Çin Xalq Respublikasımn paytaxtı Pekin şəhərində keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov Pekin şəhərində keçirilən XXIV Ümumdünya Fəlsəfə Konqresində iştirak etmiş və Estetikanın ontoloji əsası: gözəllik reallaşdırılmış mahiyyətin ifadəçisi kimi (“The ontological foundation of aesthetics: beauty as expression of realized essence”) adlı məruzə ilə çıxış etmişdir. Məruzə alqışlarda qarşılamış, məruzə ilə bağlı Amerika, Rusiya və digər ölkələri təmsil edən filosofların sualları ətraflı cavablandırılmışdır.
Adil Əsədov Çin filosofları ilə, eləcə də Misirdən, Koreyadan, Ukraynadan, Fransadan, Almaniyadan, Norveçdən, Hindistandan, Əlcəzairdən dəvət olunmuş filosoflarla geniş fikir mübadiləsi aparmış, Azərbaycan elminin nailiyyətləri ilə əcnəbi alimləri tanış etmişdir.
Konqresdə Adil Əsədovun iştirakı ilə bağlı məlumat Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı olan science.az saytında və Xalq qəzetində də verilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun philosophy.edu.az saytına verdiyi müsahibədə Adil Əsədov XXIV Ümumdünya Fəlsəfə Konqresində iştirakı üçün yaradılmış şəraitə görə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadəyə, Akademiyanın vitse-prezidenti akademik İsa Həbibbəyliyə və Fəlsəfə İnstitutunun direktoruu professor İlham Məmmədzadəyə təşəkkürünü bildirmişdir.