13.09.2018, 11:14 - Baxış sayı: 914

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı Livanda nəşr edilib


Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı Livanda nəşr edilibBu yaxınlarda Livanın paytaxtı Beyrut şəhərində “Delta” Dərin Araşdırmalar Mərkəzində akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı nəşr edilib. Kitabı ərəb dilinə Əlcəzair Milli Araşdırmalar Mərkəzinin(CNRPAH) professoru Zəim Xənişlavi tərcümə etdib.
Qeyd edək ki, professor Z.Xənşələvi V Bakı Humanitar Forumda iştirak etmış və burada akademik Ramiz Mehdiyevlə görüşərək ondan kitabının tərcüməsinə və nəşrinə icazə almışdır. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı vermişdir.
Kitabda Azərbaycan və Ermənistan arasında hələ də davam edən münaqişənin əsasını təşkil edən tarixi problemdən danışılır. Müəllif kitabda problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqama aydınlıq gətirir, mürəkkəb məsələlərin həllini göstərən koqnitiv startegiya təqdim edir.
Kitab haqqında məlumat aşagıda geyd olunan saytlarda yerləşdirilmişdir.
adab.akhbarelyom.com
www.iss-foundation.com
www.tahawolat.net
khabaronline.com