24.07.2018, 18:14 - Baxış sayı: 1308

09 iyul 2018 ci il tarixdə Fəlsəfə İnstitutunun gənc alimləri ilə Dövlət Gənclər Fondunun nümayəndələri arasında görüş kecirilmişdir.

AMEA Fəlsəfə İnstitutunda kecirilmiş tədbirdə Fəlsəfə İnstitutunun direktoru fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə, YAP Fəlsəfə İnstitutu təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, İnstitutun Gənc Alimlər Şurasının sədri Tünzalə Musayeva, sədr müavini Humay İsayeva, Gənc Alimlər Şurasının 15 nəfər üzvü, Dövlət Gənclər Fondunun əməkdaşları -Ramil Məmmədov və Zaur Osmanov iştirak etmişlər.
Tədbiri İnstitutun direktoru fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə acaraq qonaqları salamladı. İnstitutun Gənc Alimləri ilə Dövlət Gənclər Fondunun əməkdaşlıq təşəbbüsünün müsbət hal olduğunu iştirakcıların nəzərinə catdırdı. Bu günkü dövlət quruculuğunda gənclərin rolunun müstəsna əhəmiyyətini önə cəkərək qarşıda duran vəzifələrin birgə fəaliyyət proqramı cərcivəsində həllini və əldə olunmuş nailiyyətlərin dayanıqlı olmasını və inkişaf etdirilməsini zəruri məsələ kimi əsaslandırdı. Bu prosesdə nəzəri və praktik biliklər sisteminin vəhdətinin problemlərə yanaşmada effektini təhlil etdi və gənc alimlərə bir sıra tövsiyyələrini verdi. Bu gün cəmiyyətin sosial sferasında cərəyan edən hər bir ideyanın gənclər tərəfindən mütərəqqi istiqamətə yönəldilməsi bir yandan zamanın tələbi olmaqla digər tərəfdən dünyada Azərbaycan təcrübəsi kimi qiymətləndirilməli olduğunu iştirakcıların diqqətinə catdırdı.
Sonra İnstitutun Gənc Alimlər Şurasının sədri Tünzalə Musayeva Şuranın fəaliyyətinə dair qısa məlumat verərək gənc alimlərin Dövlət Gənclər Fondu ilə əməkdaşlığına şura üzvlərində böyük həvəsin və potensialın olduğunu diqqətə catdırdı. Dövlət Gənclər Fondunun əməkdaşı Ramil Məmmədov gənc alimlərlə mövcud problemlərin müzakirəsinin və onların elmi biliklərinin bu problemlərin həllindəki əhəmiyyətinin vacib tərəflərinə toxundu. Fondun bu əməkdaşlıqda daha da maraqlı olduğunu və dövlətin prioritet istiqaməti kimi gənclər arasında coğrafi arenada əmək bazarının dövrün tələblərinə üyğun formalaşdırılması, gənclərin dövlətciliyimiz ücün səmərəli fəaliyyətinin həyata kecirilməsində elmi əsasların tapılması, onların qarşılaşdığı müxtəlif problemlərin səbəbləri ilə yaxından tanış olaraq həlli və bununlada risklərin üzə cıxarılmasında birgə fəaliyyətin vacibliyinə toxundu.
Fəlsəfə İnstitutunun gənc alimlərindən Zaur Rəşidov, Anar Qafarov, Sevil Əliyeva, Hafizə Muxtarova və başqaları cıxış edərək bildirdilər ki, sürətli inkişaf dövrünü yaşayan ölkəmizdə dövlət proqramları bütün sahələri əhatə edir. Bu proqramlar həm də gənclərin qarşılaşdığı problemlərin böyük əksəriyyətinin həlli istiqamətində xüsusi əhəmiyytə malikdir. Eyni zamanda gənc alimlərin dövlətciliyimizə səmərəli xidmətinə stimul verir. Odur ki,nəzəriyyənin praktikada tətbiqi ücün Gənc Alimlərin qarşısında cox münbit şərait yaranmışdır.
YAP Fəlsəfə İnstitutu təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov belə bir əməkdaşlığın cox böyük əhəmiyyət kəsb etdiyini iştirakcıların diqqətinəı catdırdı. O qeyd etdi ki, ən vacib məsələ olaraq bizim əldə etdiyimiz elmi biliklərin dövlətin inkişaf strategiyasında tətbiqi ücün cox yaxından fikir mübadiləsinin aparılmasına imkan yaranır. Təkcə ideologiya səhəsində Cənab Prezidentin cağırışları bu sahənin mütəxəssilərindən mütəşəkkil bir fəaliyyətin olmasını tələb edir. Eləcə də digər sahələrdə.
Bütölükdə görüş iştirakcılarının yekdil fikri belə olmuşdur ki, bu gün dövlət proqramlarının hazırki ictimi-siyasi, elmi mühitə daha da inteqrasiya olunmasında Gənc Alimlərin xüsusi olaraq sahələr üzrə fəaliyyət göstərən mütəxəssislərin roluna getdikcə zərurət yaranması günümüzn tələbinə cevrilmişdir. Cünki Azərbaycan dövlətinin hərtərəfli inkişaf konsepsiyasi indi əvvəlkindən daha səmərəli, peşəkar əmək fəaliyyətinin həyata kecirilməsini tələb edir.
Sonda növbəti mərhələ ücün müvafiq təkliflərin hazırlanması və Dövlət Gənclər Fondunun İnsan Resursları mərkəzində fəaliyyət göstərəcək Gənc Alimlərin müəyyənləşdirilməsi qərara alındı.