13.07.2018, 12:47 - Baxış sayı: 1348

AMEA Fəlsəfə İnstitutu Qusar rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirdi


7 iyul 2018-ci il tarixdə AMEA Fəlsəfə İnstitutu Qusar rayon İcra Hakimiyyəti ilə birgə institutun aparıcı elmi işcisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıcılar və Jurnalistlər Birliyinin üzvü, uzun illər respublika səviyyəli ictimai təşkilatlarda və dövlət orqanlarında calışmış, əmək veteranı Məmmədağa Əhmədkərim oğlu Sərdarovun elmi və ədəbi yaradıcılığına həsr edilmiş görüş kecirmişdir. Görüş Qusar rayonunun Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Tədbirdə Fəlsəfə İnstitutunun bir qurup alimi və rayon ictimaiyyətının nümayəndələri iştirak etmişlər. Tədbir iştirakcıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuş, sonra mərkəzin girişində Məmmədağa Sərdarovun müəllifi və redaktoru olduğu əsərlərin sərgisi ilə tanış olmuşlar. Tədbirin başlanğıcında Məmmədağa Sərdarovun həyat və əmək fəaliyyətinin coxtərəfli istiqamətlərini əks etdirən videocarx nümayiş etdirilmiş, kecdiyi cətin və mənalı ömür yolunun görüntüləri əks olunmuşdur. YAP Siyası Şurasının üzvü, Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov Məmmədağa müəllimin Qusar rayonundan olan ziyalılar icərisində xüsusi yeri olduğunu iştirakcıların diqqətinə catdırdı.Sonra Fəlsəfə İnstitutunun elmi işlər üzrə direkror müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli cıxış edərək şərəfli ömür yolu kecmiş ziyalı, ictimai xadim Məmmədağa Sərdarovun elmi fəaliyyətinin bir sıra məqamlarına toxunmuş, onun partiya və dövlət orqanlarında qazandığı böyük təcrübəsindən danışmışdır. Ümumi işlər üzrə direktor müavini Qabil Camalov, institutun şöbə müdiri, fəlsəfə elmləri doktoru professor Əlikram Tağıyev, YAP Fəlsəfə İnstitutu Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, institutun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru,dosent Həbib Hüseynov, aparıcı elmi işci, fəlsəfə üzrə fəlsəfə doktoru Əli İbrahimov, Bakı Slavyan Universitetinin dosenti Arzuman Əmirov, Azərbaycan Yazıcılar Birliyinin şöbə müdiri Məlahət Qəmbərova və Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurəhmanova cıxış edərək ömrünün müdriklik cağını yaşayan ziyalımızın coxtərəfli fəaliyyətinin dövlətciliyimiz ücün əhəmiyyətinə dair fikirlər söyləmiş, onun zəhmətkeş, mübarizə ilə dolu həyat yolunun gənclər ücün örnək olduğunu diqqətə catdırmışlar. Daha sonra Bakı şəhərindən gələn və Qusar rayon məktəbliləri Məmmədağa müəllimin şerilərindən nümunələri əzbərdən söyləmişlər. Məmmədağa Sərdarov cıxışında İnstitutun rəhbərliyinə və Qusar rayon İcra Hakimiyyətinə, habelə tədbirin təşkilində zəhməti olan hər bir kəsə təşəkkürünü bildirmiş, mərkəzə hədiyyə etmiş və maraqlı şeir parcaları ilə iştirakcılarda xoş ovqat yaratmışdır. Tədbirdə rayonun Heydər Əliyev Mərkəzinə ailimlərimizin əsərləri hədiyyə edilmiş, belə görüşlərin mütəmadi olaraq kecirilməsinin vacibliyi vurğulanmışdır.

AMEA Fəlsəfə  İnstitutu  Qusar rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirdi
AMEA Fəlsəfə  İnstitutu  Qusar rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirdi
AMEA Fəlsəfə  İnstitutu  Qusar rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirdi