20.06.2018, 22:42 - Baxış sayı: 812

Fəlsəfə İnstitutunun direktoru Pekində keçirilən beynəlxalq humanitar forumda iştirak edib


Fəlsəfə İnstitutunun direktoru Pekində keçirilən beynəlxalq humanitar forumda iştirak edib14 iyun 2018-ci il tarixində Çinin Pekin şəhərində «Гуманитарный диалог высокого класса: один пояс-один путь» adlı beynəlxalq humanitar forum keçirilmişdir. Forumda AMEA Fəlsəfə İnstitutunun direktoru, f.ü.e.d., prof, İlham Məmmədzadə “Humanitar forumların keçirilməsinin Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Azərbaycanlı alimin çıxışı beynəlxalq forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. İlham Məmmədzadənin məhz bu istiqamətdə çıxışı əhəmiyyətli və yüksək qiymətləndirildi. Konfrans təşkilatçılarında böyük maraq doğuran professor növbəti konfrans və forumlarda iştirak üçün dəvət olundu.