26.04.2024, 06:36 - Baxış sayı: 116

"Gender: fəlsəfə, nəzəriyyə, təcrübə" adlı seminar keçirilib


"Gender: fəlsəfə, nəzəriyyə, təcrübə" adlı seminar keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsində “Gender: fəlsəfə, nəzəriyyə, təcrübə” adlı elmi seminar keçirilmişdir. Seminarda şöbə müdiri f.e.d., prof. Əli Abasov “Gender və gender tədqiqatlarının, feminizmin və qadın hərəkatının tarixi, nəzəriyyəsi, təcrübəsi, metodologiyası və fəlsəfəsi”, baş elmi işçi, f.e.d., prof. Əbülhəsən Abbasov “Gender yanaşmasının fəlsəfəsi və inkişaf perspektivləri, cins və süni intellekt problemləri”, a.e.i., f.f.d., dos. Rauf Məmmədov “MDB və dünya ölkələrində gender statistikası, gender qanunvericiliyi, postsovet ölkələrində gender tədqiqatları”, a.e.i., f.f.d., dos. Zeynəddin Şabanov “Gender dünyagörüşünün futurologiyası mövzusunda çıxış etmişlər. Çıxışlardan sonra geniş müzakirələr olmuş, maraqlı fikirlər səsləndirilmişdir.