13.06.2018, 15:54 - Baxış sayı: 822

Fəlsəfə İnstitutunda Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib


Fəlsəfə İnstitutunda Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilibİyunun 13-də AMEA-nın Fəlsəfə İnstitutunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu vurğulayıb. Bildirib ki, xalqın tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
Digər çıxış edənlər də 1993-cü il iyunun 15-i tarixini qayıdış kimi qiymətləndiriblər. Tarixi faktlara söykənərək qeyd ediblər ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, vətəndaş müharibəsindən xilas etdi. Ulu Öndərin yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artırılması sahəsində böyük işlər görüldüyü dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılıb.
Fəlsəfə İnstitutunda Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib