17.04.2024, 07:20 - Baxış sayı: 31

Alimlərimiz beynəlxalq konfransda çıxış etmişlər


Alimlərimiz beynəlxalq konfransda çıxış etmişlər

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda AMEA Rəyasət heyətinin, Humanitar və İctimai Elmlər Bölmələrinin və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış şair-filosofu Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Bir sıra Şərq ölkələrindən gəlmiş qonaqların da qatıldığı konfransda 100-dən çox maraqlı çıxışlar olmuşdur. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları f.f.d., dosent İradə Zərqan “Müsəlman mədəniyyətinin görkəmli nümayəndəsi Məhəmməd Füzuli” və f.f.d.,dosent Zeynəddin Şabanov ““Etiqada giriş”də Füzuli dühasının mərifətləri” mövzularında məruzə ilə çıxış etmişlər. Məruzəçilər dahi şairin elmi-fəlsəfi və dini dünyagörüşü, elm və bilik, biliyin növləri, ruh ölməzliyi, dünya fəlsəfi irsinə münasibəti haqqında fikirlərini təhlil etmiş, maraqlı cəhətlərə toxunmuşlar. Çıxışlardan sonra geniş müzakirələr olmuş, fərqli fikirlər söylənilmiş və serifikatların təqdim olunması ilə konfrans öz işini başa çatdırmışdır.
Alimlərimiz beynəlxalq konfransda çıxış etmişlər