16.04.2024, 10:47 - Baxış sayı: 77

Fəlsəfə və Sosiologiya İnstitutunda Pakistan İslam Respublikasından gələn qonaqlarla görüş keçirilib

Fəlsəfə və Sosiologiya İnstitutunda Pakistan İslam Respublikasından gələn qonaqlarla görüş keçirilib

Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Pakistan İslam Respublikasından gələn qonaqlarla görüş keçirilib. Görüşdə Lahor Dövlət Kolleci Universitetinin Urdu dili və ədəbiyyat şöbəsinin işçisi Dr. Hyder Safeer, institutun direktoru f.e.d., professor İlham Məmmədzadə, elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, İnstitutun elmi katibi, f.ü.f.d, dosent Sevinc Həsənova, f.ü.f.d. dosent Zöhrə Əliyeva, elmi işçi Hafizə İmanova iştirak ediblər. Görüş zamanı Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmdzadə qonaqları salamlayaraq, onları burada görməkdən məmnun olduğunu bildirdi. Professor ilk öncə institutun elmi fəaliyyəti, nəşr olunan jurnallar, keçirilən tədbir və konfranslardan, institutun beynəlxalq əlaqələrindən daha çox Asiya və Avropa ölkələri ilə əməkdaşlıqlarından və gələcəkdə birgə layihələrin hazırlanması barədə məlumat verdi. Bundan başqa İlham Məmmədzadə fəlsəfə və onun mahiyyəti haqqında danışaraq bildirib ki, elm, din, dil bunlar bir-biriləriylə daim sıx bağlıdır. Azərbaycan-Pakistan əlaqələrinin ildən-ilə daha da inkişaf edərək, iki dövlət arasında nəinki xalqlar, həm də diplomatik, siyasi-iqtidadi sahələrdə də birgə işlər görülür.
Professor aparılan işlərin elmi mahiyyətini vurğulayaraq, qeyd edib: “Biz istəyirik ki, Pakistan elmini təmsil edən elm adamları ilə yaxından tanış olaq, birgə önəmli layihələrə imza ataq”.
Sonda Dr. Hyder Safeer göstərilən qonaqpərvərlik və diqqət üçün öz minnətdarlığını bildirərək, bundan sonra da görüləcək işlərdə əməkdaşlıqlarının davam edəcəyinə ümid etdiyini bildirib və İlham Məmmədzadəyə Pakistandan gətirdiyi hədiyyəni təqdim edib.
İlham Məmmədzadə göstərilən diqqət üçün təşəkkürünü bildirərək, qonağa institutun ingilis dilində nəşri olan kitabı hədiyyə edib.