07.03.2024, 09:28 - Baxış sayı: 186

Fəlsəfə və Sosiologiya İnstitutunda 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunda 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib

Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru, f.e.d., professor İlham Məmmədzadə İnstitutda fəaliyyət göstərən bütün qadın əməkdaşları təbrik edərək, cəmiyyətdə və ailədə qadınların rolundan, onların mənəvi dayaq olduqlarını, qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunduqlarını, ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu vurğuladı.
Tədbirdə İnstitutut rəhbərliyi tərəfindən bir sıra qadın əməkdaşlar - İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bahar Məmmədova, jurnalist Ləman Orucova, elmi işçi Xanımağa İsmayılova, elmi işçi Vüsalə Gülmalıyeva, kiçik elmi işçi Ceyran Hüseynli, Cəmilə Həsənova, Xəyalə Məmmədova, Elnaz Kərimova, Sədiqə Cəfərquliyeva, Leyla Hadıyeva, Güləndam Məmmədova, Afət Ağayarova, Səbinə Məmmədova institutun ictimai həyatında fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunublar.
Fəlsəfə və Sosiologiya İnstitutunda 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib