04.03.2024, 10:52 - Baxış sayı: 41

“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində seminar keçirilib


“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində  seminar keçirilib

Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsində Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin Regionşünaslıq (Azərbaycan üzrə) ixtisası üzrə elmi təcrübə keçən IV kurs tələbələri ilə seminar keçirildi.
Şöbənin baş elmi işçisi, f.e.d.,dos., Lalə Mövsümova, “Ədalət probleminin sosial-siyasi kateqoriyaları” adlı mövzu ilə çıxış etdi. Lalə Mövsümova çıxışında bildirdi ki, Ədalət problemi həmişə müxtəlif elmlərin politologiya, sosial fəlsəfə və etikanın aktual problemlərindən biri olmuşdur. Lakin bizim dövrdə, yəni ictimai həyatın bütün sahələrinin qloballaşdığı, inteqrativ proseslərin kəskin şəkildə gücləndiyi, vahid dünya sivilizasiyasının formalaşdığı bir dövrdə o, xüsusi aktuallıq qazanmışdır. “Ədalət” mənəvi-hüquqi, eləcə də sosial-siyasi təfəkkürünə xas bir məfhumdur.
Lalə Mövsümova tələbələri maraqlandıran sualları ətraflı cavablandıraraq mövzu ətrafında müzakirələr aparıb.
Seminarda şöbənin əməkdaşları Lalə Mövsümova, Zemfira Məmmədzadə, Davud Həşimov, Təzəgül Qasımova, Sevinc Quliyeva, Şəfa Əsgərova, Günay Cabarova iştirak etdilər.