12.01.2024, 06:57 - Baxış sayı: 176

Gənc alim Günel Məlikli “XALQ” TV-nin qonağı olub


Gənc alim Günel Məlikli “XALQ” TV-nin qonağı olub

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Xalq” qəzetində fəaliyyət göstərən “Xalq Tv” televiziyasında yazıb ərsəyə gətirdiyi “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitabının müəllifi olaraq Azərbaycan Milli Elmlər Akademiyası tarixinin bir qismi kimi “Azərbaycanı Tədqiq Və Tətəbbö Cəmiyyəti”nin tarixi fəaliyyəti haqqında danışmışdır.
Gənc alim G. Məlikli proqramda Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının Əsasnaməsi sayılan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin respublikanın ilk elmi qurumu, əsas elmi mərkəzlərindən biri kimi fəaliyyəti haqqında ətraflı qeyd edərək, Azərbaycanı Tədqiq Və Tətəbbö Cəmiyyəti”nin bölmələri, seksiyaları haqqında ətraflı söyləmişdir.
Milli Elmlər Akademiyasının ölkəmizin tarixindəki rolu, xidmətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasına qayğısından bəhs etmişdir.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycanın milli intellektual elitasının fəaliyyət göstərdiyi möhtəşəm mərkəzlərdən birinə çevrildiyini və elm və təhsilin yaranmasında böyük xidmətləri olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti özünün misilsiz fəaliyyəti ilə daim yaşayacaqdır – deyə G. Məlikli vurğulamışdır.
Gənc alim Günel Məlikli “XALQ” TV-nin qonağı olub