26.06.2023, 13:10 - Baxış sayı: 61

“Kremli fəth etmiş böyük Türk oğlu” adlı kitabı nəşr edilib


“Kremli fəth etmiş böyük Türk oğlu” adlı kitabı nəşr edilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi f.ü.f.d., Fikrət Nəbiyevin və İltifat Quliyevin həmmüəlifliyi ilə “Kremli fəth etmiş böyük Türk oğlu” adlı kitabı (Bakı - 2022, səh. 164.) nəşr edilib.
Kitabda XX əsr Yer kürəsinin ən böyük nadir şəxsiyyəti və görkəmli ictimai siyasi dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin 1990-93-cu illərdəki fırtınalı həyatı, onun vaxtı ilə Azərbaycana hakimiyyətə gətirdiyi vəzifəli şəxslərin, ona qarşı etdikləri nankorluqlardan, xəyanətlərdən, eyni zamanda Azərbaycan xalqının məhəbbət və sevgi hislərindən, inam və etiramından bəhs edilmişdir.
Əsər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 99 illik yubleyi münasibətilə onu sevənlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və təkrar nəşr edilmişdir.
Bu kitab Azərbaycan Respublikası Prezdentinin icra Aparatı ictimai Siyasi şöbəsi tərəfindən yoxlanılmış və bəyənilmişdir.
Kitabın baş redaktoru Azərbaycan Respublikasının qızıl qələm mukafatı laureatı, Həsən bəy Zərdabi mükafatçısı və diplomçusu, “İnkişaf” qəzetinin redaktoru Bəhram İbrahimov, elmi redaktorları AMEA Z.Bunyadov adına Tarix institutunun elmi işçisi Ədilə Ağabəyova, AMEA Fəlsəfə və Siyasi-Huquqi Tədqiqatlar institutunun elmi işçisi Həbib Hüseynov, rəyçiləri: AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Politologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Əlikram Tağıyev, və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Məmməd Fətəliyev.