15.05.2018, 15:07 - Baxış sayı: 1231

Fəlsəfə İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib


Fəlsəfə İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib12-14 may tarixində Holiday İnn otelində “Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransın işində Azərbaycanla yanaşı, Almaniya, İsveçrə, ABŞ, Fransa, Rusiya və digər ölkələrdən tədqiqatçı alimlər iştirak ediblər.
Konfransda AMEA Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin kiçik elmi işçisi Hafizə İmanova iştirak etmişdir. O, “Davamlı inkişaf, Xəzər dənizi regionunun təhlükə və riskləri” bölməsi üzrə “Davamlı inkişaf: Xəzər dənizində təbii və sosial-iqtisadi məsələlərin qarşılıqlı əlaqəsi” mövzusunda çıxış etmişdir.