16.11.2023, 10:11 - Baxış sayı: 200

“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirildi

“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirildi

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Fəlsəfə gününə və Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Universal dəyərlər və milli fəlsəfənin inkişaf problemləri” mövzusunda beynəlxalq konfrans keçirildi.
Konfransdan öncə konfrans iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər.
Konfransda Azərbaycan alimləri ilə yanaşı, ABŞ və Türkiyədən olan alim və mütəxəssislər iştirak edirdilər.
Konfransı açan İnstitutun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Fəlsəfə Günü münasibəti ilə konfrans iştirakçılarını təbrik edərək sözü akademik Gövhər Baxşəliyevaya verdi.
Giriş sözü ilə çıxış edən akademik Gövhər Baxşəliyeva Fəlsəfə Günü münasibəti ilə konfrans iştirakçılarını təbrik etdi, hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən və faydasından danışaraq İnstitutun alimlərinə elmi fəaliyyətlərində uğurlar dilədi.
Sonra professor İlham Məmmədzadə “Müasir fəlsəfə problemləri və gələcək perspektivləri” mövzusunda çıxış edərək müasir Azərbaycan fəlsəfəsinin əsas prioritetləri barədə fikirlərini bildirdi. Eyni zamanda fənlərarası tədqiqatlar fəlsəfəsi fəlsəfə və tarix, fəlsəfə və siyasət, fəlsəfə və şüur, təcrübə, fəlsəfə və mədəniyyət və s. arasında əlaqələr və tədqiqatlardan bəsh edərək fəlsəfənin keçmişi və gələcəyi barəsində mülahizələrini bölüşdü.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli “Tarixin fəlsəfəsi və fəlsəfənin tarixi”, ABŞ Hofstra Universitetinin professoru Eliyor Karimov “Müasir milli fəlsəfədə kamil insan konsepsiyası”, AMEA-nın müxbir üzvü, f.e.d., professor Könül Bünyadzadə “Yeni dövrün çağırışları”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.e.d. Füzuli Qurbanov “Müasir Azərbaycanda filosof və fəlsəfə: epistemoloji-kommunikativ aspekt”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.ü.f.d., dosent Günel Məlikli “Prezident İlham Əliyevin siyasi strategiyasında ümumbəşəri dəyərlər” mövzusunda məruzə ilə çıxış etdilər.
Konfransa onlayn qatılan Türkiyə Atatürk Universitetinin professoru Kərəm Karabulud mövzu ilə bağlı çıxış etdi.