23.10.2023, 06:46 - Baxış sayı: 369

Dosent Zeynəddin Şabanov konfransda məruzə ilə çıxış etmişdir


Dosent Zeynəddin Şabanov konfransda məruzə ilə çıxış etmişdirAMEA Qafqazşünaslıq İnstitutunda “Cənubi Qafqaz: mövcud vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı - f.ü.f.d., dosent Zeynəddin Şabanov “Qafqazda türk-müsəlmanlara qarşı sovetlərin repressiyası tarixindən” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə zaman-zaman Sovetlər Birliyinin Şimali Qafqaz xalqlarına (çeçenlərə və çərkəzlərə) və Azərbaycan türklərinə qarşı həyata keçirdiyi repsessiyalar, qanlı cinayət əməlləri barədə konfrans iştirakçılarına məlumatlar verilmişdir. Konfransda məruzələr ətrafında maraqlı müzakirələr olmuş, yeni fikir və təkliflər irəli sürülmüş, iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Dosent Zeynəddin Şabanov konfransda məruzə ilə çıxış etmişdir