16.10.2023, 07:42 - Baxış sayı: 150

Qafqazda davamlı sülh: Azərbaycanın iradəsi ilə reallaşan strategiyanın konseptuallığı ŞƏRH


Qafqazda davamlı sülh: Azərbaycanın iradəsi ilə reallaşan strategiyanın konseptuallığı ŞƏRHSənan Həsənov
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Bu gün dünyada çox nadir ölkələr tapmaq mümkündür ki, yerləşdiyi geosiyasi məkanda həyata keçirdiyi siyasət təkcə öz dövlətinin deyil bütün regionun, eləcə də digər qonşu dövlətlərin sülh və sabitliyi üçün səbəb və nümunə olsun. Azərbaycan regionun lider və güclü dövlətidir. Ancaq onun dövlət maraqları və siyasi iradəsi bütün regionun güclü olması və sabitliyi üçün hədəflənib. Bu siyasi baxımdan nə qədər maraq kəsb edirsə bir o qədər də narahat qüvvələrin dərk və həzm edə bilmədiyi məsələdir. Ən əvvəl ona görə ki, belə müdrik strategiya dağıdıcı qüvvələrə qarşıdır. Daha sonra isə bölgədəki proseslərin məcrasını dəyişmək kimi çətin tarixi missiyanı həyata keçirir. Təkcə Azərbaycan- Gürcüstan münasibətlərinin 1990-cı illərdən sonrakı mərhələsinə baxsaq Azərbaycan regoinda nə qədər həlli çətin vəziyyətə düşmüş, xalqların taleyində müstəsna əhəmiyyət kəsb edən problemlərin cözülməsinə nail olub. Bu, təbii ki, asan başa gəlməyib və nəzərə almaq lazımdır ki, müdrik siyasi liderin iradəsi buna nail olub.
2023-cü il oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri zamanı iki ölkə arasındakı əməkdaşlığın çoxtərəfli inkişafının hazırkı mərhələsi və perspektivlərin müzakirəsi bir daha fikrimizə aydınlıq gətirir. Görüşdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili açıq bəyan etdi ki, “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Bizim ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var”. Bu, o deməkdir ki, Azərbaycan Gürcüstan münasibətlərinin strategiyasını Ulu Öndər Heydər Əliyev çox saglam və uzun perspektivə planlaşdırılmış dayaqlar üzərində qurmuş və xalqların həyatında müstəsna əhəmiyyətə malik olmuşdur. Buna görə də iki ölkə arasındakı əməkdaşlığın aydın perspektivlər onunla şərtlənir ki, Orta Dəhliz layihəsi, Şərq-Qərb magistral yolunun tikintisi, Baku-Tbilisi-Qars layihəsi, dövlətlərarası təhlükəsizlik məsələləri Azərbaycanın iradəsi ilə Cənubi Qafqazda sülhün xalqlar üçün unikal alternativsiz modelini bərqərar edib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev göstərdiyi kimi “ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndirilməsi həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. Təbii ki, ilk növbədə, iki ölkənin münasibətlərinin möhkəm bazasından danışarkən Ulu Öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır. Onlar da bu əməkdaşlığın təməlini regionda sülhün təmini ücün qoymuşlar biz - onların davamçıları, bu gün onların yolu ilə gedirik”. Beləliklə, Qafqazda davamlı sülh: Azərbaycanın iradəsi ilə reallaşan strategiyanın konseptuallığı ona görə qlobal siyasi əhəmiyyətə malikdir ki, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələrin miqyasına nəzər yetirsək təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün böyük əhəmiyyət kəsb etdiyini görürük. Bu təkcə iqtisadi güc deyil həm də siyasi gücdür. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır. Bütün bunlar Azərbaycanın iradəsi ilə regionda bərqərar etdiyi siyasi reallıqların fonunda davamlı əməkdaşlığı və strateji partnyorluğu təmin edir.

sesqazeti.az