13.10.2023, 08:37 - Baxış sayı: 160

Anım Günü münasibəti ilə Şəhidlər Xiyabanına yürüş təşkil edilib


Anım Günü münasibəti ilə Şəhidlər Xiyabanına yürüş təşkil edilib

YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının təşkilatcılığı ilə İnstitut alimləri, partiya fəalları Anım Günü münasibəti ilə Şəhidlər Xiyabanına yürüş təşkil ediblər. Yürüşdə partiya fəalları və institut alimləri Şəhid ailələri, ziyarətə qatılmış ictimaiyyat Anım Günü münasibəti ilə Şəhidlər Xiyabanına yürüş təşkil edilibnümayəndələri ilə görüşmüş onlarla həmsöhbət olmuşlar. YAP Fəlsəfə və Sosiologiya İnstitutu ərazi təşkilatının sədri s.e.ü.f.d. dosent Sənan Həsənov şəhid ailələri ilə görüşdə Vətənimizin azadlığı uğrunda haqq mübarizəsinə qalxmış və uca məqama yetişmiş qəhrəmanlarımızın milli birliyimizin, xalqımızın malik olduğu yenilməzliyin simvoluna çevrildiklərini diqqətə çatdırmişdir. Şəhidlərimizin qəhrəmanlığının alimlər qarşısında böyük Vətən səlnamləri yazmaq kimi şərəfli bir vəzifə qoyduğunu və gələcək nəsillərə örnək olduğu vurğulanmışdır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Şəhidlərimizin əziz xatirəsinə və Qazilərimizə göstərdiyi yüksək diqqət və Anım Günü münasibəti ilə Şəhidlər Xiyabanına yürüş təşkil edilibqayğının əhəmiyyətindən danışılmışdır. Yürüşə qatılmış institut alimlərindən f.ü.f.d. dosent Həbib Hüseynov, f.ü.f.d. dosent Nicat Məmmədov, f.ü.f.d. Şölət Zeynalov, f.ü.f.d dosent Fikrət Nəbiyev, partiya fəalları Asya Əhmədova, Leyla Həmidova, Nuray Ələsgərova şəhidlərimizin məzarları önündə onların vaideynləri və yaxınları ilə görüşündə Vətənimizin başını uca edən qəhrəmanlarımızı böyüdən valideynlərə təşəkkürlərini bildirmiş, onlara səbr diləmiş və ehtiramlarını bildirmişlər.

sesqazeti.az