12.10.2023, 08:34 - Baxış sayı: 145

Şəhid kapitan Nurlan Mustafayevin xatirəsi yad olunub


Şəhid kapitan Nurlan Mustafayevin xatirəsi yad olunubİkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamet oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə məzarı ziyarət olunub. Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Mustafayev Nurlan Hamet oğlu şəhadətindən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhid kapitan Nurlan Mustafayevin xatirəsi yad olunub
Şəhid kapitan Nurlan Mustafayevin xatirəsi yad olunub