12.10.2023, 07:16 - Baxış sayı: 143

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları “Təhsilli qadın: təhsilli ailə, təhsilli cəmiyyət” adlı tədbirdə iştirak ediblər

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları “Təhsilli qadın: təhsilli ailə, təhsilli cəmiyyət” adlı tədbirdə iştirak ediblərAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının və YAP Yasamal rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Təhsilli qadın: təhsilli ailə, təhsilli cəmiyyət” mövzusunda tədbirdə iştirak ediblər.
Əvvəlcə Yasamal rayonunda yerləşən Şəhidlər Xatirə Kompleksinin və Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yığıncaqda YAP Mərkəzi Aparatının məsul işçiləri, YAP Yasamal rayon təşkilatının rəhbərliyi və əməkdaşları, AMEA-nın alimləri, millət vəkilləri, Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin əməkdaşları, Elm və Təhsil Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və bir sıra rəsmi şəxslər qatılıblar.
Tədbirdə institutu YAP Fəlsəfə və Sosiologiya İnstitutu ərazi təşkilatının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov, institutun şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, Vətən müharibəsi iştirakçısı f.ü.f.d. Radif Mustafayev və partiya fəalı Leyla Həmidova təmsil edib.
AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadənin “Gender siyasəti və müasir çağırışlar” mövzusunda geniş məzmunlu çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.