12.10.2023, 07:05 - Baxış sayı: 221

Gənc alim Günel Məliklinin məqaləsi Beynəlxalq Elmi Konfrans materialında çap olunub


Gənc alim Günel Məliklinin məqaləsi Beynəlxalq Elmi Konfrans materialında çap olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin “Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün irəli sürdüyü strategiya gənc nəslin gözü önündə reallığa çevrilib” asdlı məqaləsi ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans materialında çap olunub.
Məqalədə alim ölkəmizin hazırkı nailiyyətləri, müstəqilliyimizin daha da möhkəmlənməsi azərbaycançılıq ideyasının uğurla reallaşdırılması Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində olmasını söyləmiş, Azəbaycan xalqı, alimləri, ziyalıları məhz böhranlı vəziyyətdə çıxış yolunu ulu öndər Heydər Əliyevdə gördü və bütün ümidlərini ona bağladı. Və bütövlük yaradacaq strategiya, ideologiya 1993-cü ildən müəyyənləşdirildi - deyə G.Məlikli vurğulamışdır.