10.10.2023, 15:13 - Baxış sayı: 73

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Bolqarıstanda keçirilən beynəlxalq konfransda iştirak edib


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Bolqarıstanda keçirilən beynəlxalq konfransda iştirak edibSofiyada (Bolqrıstan) Müqəddəs Kliment Oxridski Universitetində “Azərbaycan Avropa və Asiyanın kəsişməsində” mövzusunda beynəlxalq konfrans baş tutub. Tədbir Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsi, Türkologiya və Altayşünaslıq kafedrası və Bakı Slavyan Universitetlərinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Azərbaycanın Avropa Birliyi üçün geostrateji əhəmiyyətinin ön plana çıxdığı konfransda mədəniyyət başqa sahələrdə əməkdaşlıq qurmanın əsası olaraq nəzərdən keçirilib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə konfransın işinə onlayn qatılaraq “Azərbaycanda qadın hərəkatının inkişaf xüsusiyyətləri”, “Müasir fəlsəfə problemləri” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Azərbaycanda qadın identikliyi” mövzusunda məruzə və təqdimatla çıxış etmişlər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Bolqarıstanda keçirilən beynəlxalq konfransda iştirak edib