11.10.2023, 06:25 - Baxış sayı: 164

YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatı Sabuncu rayonunda Şəhid Leytenant Murad Nağıyevin anım tədbirində iştirak etmişlər


YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatı Sabuncu rayonunda  Şəhid  Leytenant  Murad Nağıyevin  anım tədbirində iştirak etmişlərYAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatı leytenant, tank komandiri Murad Nağıyevin Sabunçu rayonunda keçirilən anım mərasimində iştirak ediblər. Şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, bir sıra ali təhsil müəssisələrinin, rayonun pedaqoji kollekivlərinin nümayəndələrinin qatıldığı tədbirdə YAP Fəlsəfə və Sosiologiya İnstitutu ərazi təşkilatının sədri s.e.ü.f.d. dosent Sənan Həsənov, İnstitutun aparıcı elmi işçisi, f.ü.f.d. dosent Vətən müharibəsi iştirakçısı, ehtiyyatda olan baş leytenant Radif Mustafayev, f.ü.f.d. dosent Şölət Zeynalov, İnstitutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova , partiya fəalı Leyla Həmidova iştirak ediblər. Mərasimdə İnstitut alimləri Şəhid ailələri ilə görüşüb, Müzəffər Ordumuzun, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın qəhrəmanlığının vəhdətində birləşən Vətən müharibəsinin şərəfli tarixindən danışmışlar. Mərasimdə İnstitutun aparıcı elmi işçisi, f.ü.f.d. dosent Vətən müharibəsi iştirakçısı, ehtiyyatda olan baş leytenant Radif Mustafayev, Xalq – Lider-Ordu birliyinin Qələbə fəlsəfəsinə və Vətən müharibəsinin canlı tarixi məqamlarına dair nitq söyləmişdir.
YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatı Sabuncu rayonunda  Şəhid  Leytenant  Murad Nağıyevin  anım tədbirində iştirak etmişlər