05.10.2023, 07:08 - Baxış sayı: 157

“Sosial psixologiya” şöbəsində Türkiyənin “Hürriyet” qəzetində Prezident İlham Əliyevin liderliyi haqqında yazılmış məqaləyə əsaslanmış elmi seminar keçirilmişdir


“Sosial psixologiya” şöbəsində  Türkiyənin “Hürriyet” qəzetində Prezident İlham Əliyevin liderliyi haqqında yazılmış məqaləyə əsaslanmış elmi seminar keçirilmişdirAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya” şöbəsində elmi seminar keçirilmişdir. Seminarda şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Türkiyənin məşhur “Hürriyet” qəzetindəki Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi haqqında yazılmış “Liderliyini təsdiqlədən adam: İlham Əliyev” başlıqlı yazı haqqında danışaraq bildirmişdi ki, Prezident İlham Əliyev dünya liderliyini artıq təsdiqlədib. Prezident İlham Əliyev cəmiyyətin sosial-psixoloji impulslarını dəqiqliklə müşahidə edir. Günel Məlikli söyləmişdir ki, ümumilikdə müharibə anlayışı psixoloji aspektdə ilk dəfə 1910-cu ildə "Savaşın əxlaqi dəyəri" mövzusu ilə psixoloq William Ceyms tərəfindən araşdırılmışdır.
Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunu modernləşdirərək, Ermənistanın bütün niyyətlərini puç edərək, Qarabağdakı 30 illik işğala son qoydu. Azərbaycan istər hərbi-siyasi, istərsə də mənəvi-psixoloji nöqteyi-nəzərdən XXI əsrin müharibəsini apardı, dünya hərb tarixinə yeni bir səhifə yazdı və mənəvi-psixoloji aspektlər ilə götürüldükdə Vətən müharibəsi tarixi bir fenomendir. – deyə Günel Məlikli vurğulamışdı.
Daha sonra şöbənin doktorantı İradə Teymurova “İdarəçilkdə liderlik problemi” mövzusunda elmi seminarı davam etmişdir.