02.10.2023, 06:35 - Baxış sayı: 130

YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatı Yasamal rayonunda 27 sentyabr- Anım Gününə həsr edilmiş ümumrayon tədbirinə qatılıb


YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə  ərazi təşkilatı Yasamal rayonunda 27 sentyabr- Anım Gününə həsr edilmiş ümumrayon tədbirinə qatılıbYasamal rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirə millət vəkilləri, dövlət rəsmiləri, ziyalılar və partiya təşkilatlarının fəalları, şəhid ailələri, qazilər, idarə və təşkilatların rəhbərləri qatılmışlar. Ümumrayon tədbirində YAP Fəlsəfə və Sosiologiya İnstitutu ərazi təşkilatının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Qarabağ müharibəsi iştirakçısı və partiya fəalı fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Fikrət Nəbiyev iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin xatirə kompleksi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra İkinci Fəxri Xiyabanda şəhidlərimizin məzarları ziyarət olunub. Sənan Həsənov və Fikrət Nəbiyev Şəhid ailələri və qazilərlə görüşüb, qələbəyə aparan yolun ideoloji əsaslarına dair fikirlərini bölüşüblər. Prezident İlham Əliyevin xalq-ordu birliyinə yönələn konsepsiyasının mahiyyəti müzakirə edilmişdir.
YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə  ərazi təşkilatı Yasamal rayonunda 27 sentyabr- Anım Gününə həsr edilmiş ümumrayon tədbirinə qatılıb