27.09.2023, 12:04 - Baxış sayı: 85

“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində 27 sentyabr Anım Günü ilə bağlı seminar keçirildi


“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində  27 sentyabr Anım Günü ilə bağlı seminar keçirildiBu gün “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində 27 sentyabr Anım Günü ilə bağlı seminar keçirildi. Seminarda şöbənin əməkdaşları Lalə Mövsümova (sədr), Zemfira Məmmədzadə, Şahin Bağırov, Davud Həşimov, Təzəgül Qasımova, Oktay Rzayev, Sevinc Quliyeva, Nailə Əlicanova, Şəfa Əsgərova, Günay Cabarova iştirak etdilər. Şöbə əməkdaşları şəhidlərimizi 1 dəqiqəlik sükütla yad etdilər.
Seminarda şöbənin aparıcı elmi işçisi, s.e.ü.f.d.,dos. Etibar Əsədov Zəfər tarixi, 44 günlük Vətən müharibəsi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Böyük Zəfəri və torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanda vətənpərvərlik hissləri, şanlı Zəfər tarixi, onun yaratdığı reallıqlar və bu işin maarifləndirilməsi istiqamətində çıxış etmişdir.