02.05.2018, 12:53 - Baxış sayı: 1453

Heydər Hüseynovun 110 illiyinə həsr edilmiş “Heydər Hüseynov və Azərbaycan milli fəlsəfəsi”adlı elmi konfrans keçirilib


Heydər Hüseynovun 110 illiyinə həsr edilmiş “Heydər Hüseynov və Azərbaycan milli fəlsəfəsi”adlı elmi konfrans keçirilibBu gün AMEA Fəlsəfə İnstitutunda görkəmli filosof Heydər Hüseynovun 110 illiyinə həsr edilmiş “Heydər Hüseynov və Azərbaycan milli fəlsəfəsi” adlı elmi konfrans keçirilib.
Konfransı açıq elan edən Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə AMEA Rəyasət Heyətinin 05 aprel 2018-ci il tarixli qərarının əhəmiyyətindən söz açaraq, Heydər Hüseynovun mənalı ömür yolundan, geniş elmi yaradıcılığı haqda ətraflı məlumat verib. Bildirib ki, o, uzun müddət ali məktəblərdə və elm müəssisələrində məsul vəzifələrdə çalışıb, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olub. 300-dək monoqrafiya, kitab və məqalələrin müəllifi olan Heydər Hüseynov ölkəmizdə elmin, təhsilin inkişafına dəyərli töhfələr verib.
Konfransda çıxış edən AMEA İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova ilk akademiklərindən biri kimi Heydər Hüseynovun ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfə elminin inkişafındakı böyük xidmətlərini önə çəkiblər. Akademikin əsərlərinin əhəmiyyətindən danışaraq, bu gün də onların öz aktuallığını qoruyub saxladığını vurğuladılar.
Fransanın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət üzrə müşaviri Yohan Şitterer çıxış edərək Azərbaycanda fəlsəfə elminin inkişafından, bu elmə verilən qiymətdən, eyni zamanda dünyada tanınan və əsərlərindən bu gün də istifadə edilən azərbaycanlı filososların olduğunu qeyd etdi.
Çıxışçılardan sonra Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin “Heydər Hüseynov və milli Azərbaycan fəlsəfəsinin inkişafı”, fəlsəfə üzrə elmlər doktoru, professor Zümrüd Quluzadənin “Heydər Hüseynov Azərbaycan fəlsəfə tarixi elminin banisi kimi”, fəlasəfə üzrə elmlər doktoru, professor İzzət Rüstəmovun “Azərbaycan elminin və mədəniyyətinin “Dan ulduzu” akademik Heydər Hüseynov”, fəlsəfə üzrə elmlər doktoru Arzu Hacıyevanın “Heydər Hüseynov və Azərbaycan fəlsəfəsi”, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərovun “Heydər Hüseynov Azərbaycanda elm təşkilatçısı kimi” adlı məruzələri dinlənildi.
Konfransın sonunda Heydər Hüseynovun nəvəsi fəlsəfə üzrə fəlsəfə doktoru Heydər Aslanov çıxış edərək babasına göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılarına, o cümlədən fəlsəfə sahəsində babasının açdığı cığırla gedən elm adamlarına minnətdarlığını bildirdi.
Heydər Hüseynovun 110 illiyinə həsr edilmiş “Heydər Hüseynov və Azərbaycan milli fəlsəfəsi”adlı elmi konfrans keçirilib
Heydər Hüseynovun 110 illiyinə həsr edilmiş “Heydər Hüseynov və Azərbaycan milli fəlsəfəsi”adlı elmi konfrans keçirilib