25.04.2018, 11:50 - Baxış sayı: 1406

Romada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib


Romada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilibTədbirdə İtaliya, Fransa, Moldova və Litvanın müxtəlif universitetlərinin və elmi-akademik dairələrinin nümayəndələri, müəllim və tələbə heyəti iştirak ediblər.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək ölkəmizdə tarixən formalaşmış multikultural ənənələrin və dəyərlərin, yüksək tolerantlıq mühitinin mövcudluğundan bəhs edib.

Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev çıxışında Azərbaycan Dillər Universitetinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən beynəlxalq elmi konfrans çərçivəsində 11 ölkənin 13 ali məktəbində müxtəlif tədbirlərin təşkilinin nəzərdə tutulduğunu və bu tədbirin onlardan biri olduğunu qeyd edib. O, tədbirlə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Əməkdar Elm Xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubunu oxuyub.
Romada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib İtaliyanın Təhlükəsizlik və Azadlıq Fondunun prezidenti Feliçe Romano, professor Alessandro Fiqus, Kassino Universitetinin rektoru Covanni Betta, Link Kampus Universitetinin prezidenti Vinçenzo Skotti, KORE Universitetinin prezidenti Salerno Kataldo və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliya nümayəndəliyinin rəhbəri Sandro Teti Azərbaycanda multikulturalizm və tolerantlığın xüsusiyyətlərinə dair fikirlərini ifadə ediblər.
Tədbirdə Azərbaycan Dillər Universitetinin professoru Azad Məmmədov “Azərbaycanda multikulturalizm”, professor Anar Bağırov “Multikulturalizm və din, Azərbaycan təcrübəsi”, AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Multikulturalizm fəlsəfi kontekstdə”, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev “Multikultural təhlükəsizliyin Azərbaycan modeli: dini ekstremizmə qarşı mübarizə kontekstində”, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva “Azərbaycanda tolerantlığın ənənələri” mövzularında, eləcə də İtaliyanın Genuya, Kataniya, Link Kampus, Romatre, Fransanın Nimes, Litvanın Klaypeda universitetlərinin, Moldovanın Beynəlxalq İdarəçilik İnstitutunun professorları multikulturalizmə aid müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycanda mövcud olan yüksək tolerantlıq mühiti, multikultural ənənə və dəyərlərin qorunub saxlanılması təqdir edilib, ölkəmizin multikulturalizm siyasətinin əsasları, bu sahədə mövcud hüquqi baza və əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verilib. Çıxışlarda Azərbaycanın multikultural dəyərlərinin dünyada tanıdılması baxımından belə tədbirlərin əhəmiyyəti vurğulanıb.
Romada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
Romada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib