03.07.2023, 06:47 - Baxış sayı: 86

Hafizə İmanova Beynəlxalq Torpaq Konqresində çıxış edib


Hafizə İmanova Beynəlxalq Torpaq Konqresində çıxış edibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin elmi işçisi Hafizə İmanova Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 21-23 iyun 2023-cü il tarixlərində bu il Bakının ev sahibliyi etdiyi “Climate Change and Sustainable Soil Management” (“İqlim dəyişmələri və dayanıqlı torpaq idarəetməsi”) adlı beynəlxalq Torpaq Konqresində ingilis dilində “İnterrelation of social consequences of climate change impact on societies” (“İqlim dəyişmələrinin cəmiyyətlərə sosial təsirlərinin qarşılıqlı əlaqəsi”) adlı məruzə ilə çıxış etmişdir. Konqresdə Türkiyə, Rusiya, Belarusiya, Moldova, Pakistan, Özbəkistan və s. ölkələrdən alimlər də iştirak etmişlər. Hafizə İmanova sertifikatla təltif edilmişdir.
Hafizə İmanova Beynəlxalq Torpaq Konqresində çıxış edib